Avtomobilinizi idarə etmədən pul qazandıran platforma - Lendock

08.05.2017 0 PAYLAŞIM 6022 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Böhran şəraitində maşını olan şəxslərin ən yaxşı pul qazanma metodu, öz maşınları ilə hər hansı bir taxi xidmətində fəaliyyət göstərərək, gündəlik təlabatlarını ödəyəcək gəliri əldə etməkdir. Belə bir halda maşın sürmədən və taxi xidməti göstərmədən maşınınızdan necə pul qazana bilərdiniz? 

Yerli startap olan "Lendock " platforması maşınların şəxsdən-şəxsə icarəsini təşkil edir. Belə ki, digər icarə firmalarından fərqli olaraq burada, hər şey bir internet sayt üzərindən həyata keçirilir.

Add Car.gif

 
 
"Lendock "da 2 tərəf mövcuddur: Maşını icarəyə verən şəxslərmaşından istifadə edən şəxslər. 1-ci tərəf maşından gündəlik istifadə etməyən və heç yerə getmədən maşından pul qazanmaq istəyən şəxslərdir. "Lendock.com " saytına daxil olaraq maşınınızı qeydiyyatdan keçirib, elə indidiən pul qazanmağa başlaya bilərsiniz. Maşınınızın modelindən, ilindən aslı olaraq nəqliyyat vasitəsini günlük, həftəlik və aylıq icarəyə vermək mümkündür. Belə olan halda önə çıxan ən önəmli məsələ maşınların təhlükəsizliyidir. Bu problemi isə platforma sığorta vasitəsilə həll edir.
 

 
 
Əlavə olaraq qeyd edək ki, platformada yalnız 2000-ci il istehsal tarixindən sonrakı və saz vəziyyətdə olan avtomobilləri yerləşdirə bilərsiniz. Eyni zamanda maşını sayta əlavə edən zaman maşının nə üçün istifadəyə verdiyinizi (toy, ekonom, biznes) və sürücüsü olub, olmadığnı bildirirsiniz. Maşını icarəyə vermək isə 2-3 addımdan ibarət sadə əməliyyatlardan təşkil olunub. Belə ki, ilk öncə platformaya daxil olub, sayta qeydiyyatdan keçirsiniz.
 
Qeydiyyat mərhələsini tamamladıqdan sonra, maşını icarəyə vermək üçün lazım olan anketi doldurursunuz. İcarə təsdiqləndikdən sonra sizin avtomobil sayta yerləşdirilir. Daha sonra sahib olduğunuz şəxsi kabinet vasitəsilə gələn sifarişləri təsdiqləyə yaxud imtina edə bilərsiniz. Bütün əməliyyatların birbaşa saytdan idarə olunduğu Lendock platforması həm dizayn həm də funksionallıq baxımdan idarəsi çox rahat və asandır. 


 
 
İkinci tərəf sayılan, maşını icarəyə alan şəxslər isə saytda yerləşdirilən maşınları filtirləyə və öz istəklərinə uyğun maşın sifariş edə bilərlər. Saytın ana səhifəsində yerləşdirilən sürətli axtarış menyusu ilə istifadəçi maşını götürəcəyi və təhvil verəcəyi tarixi müəyyən edir. Eyni zamanda aşağıda yer alan "Ekonom ", "Biznes ", "Toy " seçimlərindən birini etməklə öz arzusuna görə maşın təyin edə bilir. Saytda icarədə olan bütün maşınlar haqqında detallı məlumat, günlük icarə haqqları, maşının şəkilləri onlara aid olan səhifələrdə yerləşdirilib.
 

 
 
Bu məlumatlarla tanış olan istifadəçi istəyinə uyğun maşın seçir və növbəti mərhələdə maşın sahibi ilə görüşür, maşını idarə etmək üçün lazım olan etibarnaməni əldə edir. İcra müddəti bitdikdən sonra isə tərəflər yenidən görüşüb təhvil-təhsilimi həyata keçirirlər.

Şirkət biznes model olaraq yerləşdirilən maşınların icarəsindən əlavə olaraq komissiya tutur. Komissiyanın faizi isə digər şirkətlərə nisbətən aşağıdır. Belə ki, hər bir maşını icarəyə verən şəxs platformada ilk icarə əməliyyatını heç bir komissiya ödəmədən həyata keçirə bilir. Daha sonra isə hər əməliyyata görə 20% komissiya tutulur. Avropa və Amerikada kifayət qədər bu tipli məşhur saytlar mövcuddur və günümüzdə insanlar bütün əməliyyatları online şəkildə bir neçə toxunuşla aparır. Yerli bazarımızda da belə bi xidməti göstərən online platformanın olması sevindiricidir. Ən azından siz öz maşınınızdan bir neçə toxunuşla pul qazanıb, gəlir əldə edə bilərsiniz. Əgər siz də bu xidmətdən istifadə etmək istəyirsinizsə Lendock.com-a daxil olub, elə indi qeydiyyatdan keçə bilərsiniz.