main-post-cover

    Avtomobillərdə Benzin Yerinə Su Texnologiyası!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yeni hazırlanmış texnologiya vasitəsi ilə avtomobillərdə benzinə əlavə olaraq su istifadə etmək də mümkün olacaq. Bununla da yanacaq istifadəsində böyük bir qənaət əldə edə biləcəyik.

    Avtomobil sahibləri üçün ən böyük problemlərdən biri əlbəttə ki, yanacağa qənaətdir. Avtomobil alarkən belə, ilk əvvəl baxılan şeylərdən biri, məsafə başına işlədiləcək yanacaqdır.
    İnkişaf etmiş səviyyədəki benzinli mühərriklər belə, istifadə etdikləri yanacağın beşdə birini israf edirlər. Bunun çox böyük bir israf olduğunu mübahisə etməyə belə ehtiyac yoxdur. Hətta yüksək sürətlə hərəkət edərkən, benzinin bir qismi mühərriki soyutmaq üçün istifadə edildiyi üçün, bu israfın miqdarı daha da artır.
    "Bosh” tərəfindən təqdimat edilən su dəstəkli injeksiya sistemi ilə israfa son veriləcək. Bu texnologiya vasitəsilə, xüsusilə yüksək sürətlərdə 13%-ə qədər yanacaq qənaəti əldə etmək olacaq. Su ilə qənaət modelinin üç və dörd silindirli, benzinli mühərrliklərdə daha məhsuldar olacağı da ifadə edilir.
    Digər bir maraqlı tərəfsə su əsaslı injeksiya texnologiyası ilə avtomobillərin məhsuldarlığı da artdırıla biləcək. Bu sistem turbo mühərriklərdən belə daha çox güc əldə etməyə kömək edəcək.

    Bəs bu texnologiya necə işləyir? Su əsaslı sistemin təməli, mühərriklərlə bağlı sadə bir mexanizmə əsaslanır. Mühərrikin su qaynatmağına icazə verilməməlidir. Günümüzdə bunun yaşanmaması üçün mühərrikə hər zamankından daha çox yanacaq injeksiya edilir. Yanacaq, mühərriki soyudaraq buxarlanır.
    Bax elə bu prossesdə, yanacaq yerinə su istifadə edilə bilinəcək. Yanacaq yanmazdan əvvəl injeksiya edilən su, mühərrikin soyumasına səbəb olur. Suyun buxarlaşma istiliyinin çox daha yüksək olması da daha uzunmüddətli bir soyuma ilə təmin edir.
    Mühərrikə əlavə ediləcək bir su çənindən ibarət olan sistem, yüz kilometr üçün, sadəcə bir neçə yüz millimetr su istifadə edir. Tək edilməli olan da min kilometrdən bir çəni su ilə doldurmaqdır.
    Bu texnologiyanı təqdim edən ilk avtomobil, BMW M4 GTS olacaqdır.
     
    Linki kopyala