Axırki gözlənilən oldu: Donald Trump və Apple CEO-su Tim Cook arasında söhbət baş tutdu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
ABŞ tarixində maraqla qarşılanan prezident Donald Trump öz çıxışlarında texnologiyaya qarşı o qədər də müsbət yanaşmadığını hətta bəzi hallarda onların siyasətinə qarşı çıxdığını da gizlətmirdi.
Hətta onun bəyanatlarında
Apple-la bağlı səsləndirilən iddialar bir çox iPhone sevərləri narahat edirdi. Amma bu yaxınlarda Trump,
Apple CEO-su Tim Cook-la əlaqə saxlayaraq öz fikirlərini paylaşıb.
Maraqlıdır
Donald Trump, Tim Cook-la hansı müzakirələri aparıb. Müzakirənin əsas mövzusu
isə istehsalın Çində deyil, ABŞ-da baş tutmasıyla əlaqədar olub. Görünür ki,
Trump "Amerika arzusu” ifadəsini sözün əsl mənasında həyata keçirmək niyyətindədir.
Donald
Trump etdiyi açıqlamada Apple CEO-suna zəng etdiyini və ondan istehsalın Çin və Vyetnam yerinə ABŞ-da həyata keçirilməsinin ölkə iqtisadiyyatına daha çox
qazanc gətirəcəyini bildirib.
Hətta
Tim Cook ona öz cavabında onun bu istəyini anlayışla qarşıladığını vurğulayıb. Prezident
isə buna əməl edəcəkləri halda dünya səviyyəli belə şirkətlərə böyük vergi güzəştləri edəcəyini ifadə edib.
Trump-ın
bu təklifi təbii ki, ölkə iqtisadiyyatına çox böyük dəstək vermiş olacaq, amma
onu da qeyd etmək yerinə düşər ki, iPhone istehsalı ABŞ-da baş tutursa qiymət 30-40 dollar arta bilər.
Hər
halda belə qərarı vermək Apple-ın gələcək satış strategiyasına öz təsirini göstərəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!