main-post-cover

    Ay-ın yaranması haqqında maraqlı nəzəriyyə

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Yeni araşdırmalar onu göstərir ki, əslində Ay vaxtı ikən Yer kürəsi ilə toqquşması güman edilən Theia planetinin bir hissəsi deyil. Yayılmış fikirlərə əsasən Ay 4.5 milyard il bundan qabaq Yer kürəsinin Theia planeti ilə toqquşmasından yaranıb. Yəni Yer kürəsinin yaranmasından 100 milyon il sonra. İki kosmik obyekt toxunan traektoriya üzrə toqquşub və Theia iki hissəyə ayrılıb. Həmin hissələrdən biri Yer kürəsinin qravitasiyasının köməyi ilə qorunub və Ay-a çevrilib. Lakin Los-Angelesdə yerləşən Kaliforniya universitetinin mütəxəssisləri "Apollo" missiyası ilə Yer kürəsinə gətirilmiş Ay torpağının 7 nümunəsini və planetimizin mantiyasındakı vulkanik süxurları incələyiblər. Nəticədə məlum olub ki, Ayın oksigen izotopları Yer kürəsindəkilərlə eynidir. Bu onu göstərir ki, Ay Theia planetinin bir hissəsi deyil. Buna əsasən güman etmək olar ki, toxunan traektoriya üzrə toqquşma nəzəriyyəsi düz deyil. İnandırıcı nəzəriyyə kimi Yer kürəsi ilə Theia planetinin üz-üzə toqquşması hesab edilir. Bundan əlavə olaraq toqquşma o qədər güclü olub ki, iki kosmik obyekt birləşərək bir planeti əmələ gətirib. Daha sonra əmələ gəlmiş planetdən bir hissə ayrılaraq Ay-a çevrilib.
    Linki kopyala