main-post-cover

    Ay səthinin ilk rəngli fotoları

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Çinin beynəlxalq kosmik idarəsi 2013-cü ildə "Chang'e 3" kosmik aparatının köməyi ilə çəkilmiş Ay səthinin rəngli fotolarını təqdim edib. Daha əvvəllər Ay səthinin bütün fotoları ağ-qara rənglərdə idi. "Chang'e 3" kosmik missiyası 2013-cü ildə start götürmüşdü. Beləliklə Çin Ay-a kosmik aparat göndərən 3-cü ölkə olmuşdur. İlk öncə bu cür missiyaları yalnız SSRİ və ABŞ həyata keçirdirdi. Verilən məlumata görə Çin tərəfindən göndərilən kosmik aparat Ay-ın relyefi, geoloji xüsusiyyətləri haqqında tədqiqatlar apararaq ionosfer-i də müşahidə edir. Kosmik aparat panoramik kamera ilə birlikdə infraqırmızı, alfa-rentgen spektrometrləri və radarları ilə təchiz olunub. Çin Xalq Respublikasının növbəti Ay missiyası olacaq "Chang'e 4"isə 2018-ci ilə planlaşdırılıb.
     
     
     
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər