main-post-cover

    .Az domeni qeydiyyatı - Keçmişi və Bugünü!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Domen almaq, sayt sahibi olmaq, öz blogunu və ya e-ticarət saytını yaratmaq hazırda sizlərə nə qədər də asan görünür elə deyilmi? Bəs bu əvvəllər necə idi? Məsələn .az domeni satın almaq üçün çox yox sadəcə 5 il əvvəl hansı prosedurlardan keçmək lazım idi?

    Çox uzağa getməyək, elə götürək yaxın qonşumuz Yaponiyanı. Zarafat bir yana 5 il əvvələ nəzər salaq. Hələ o vaxtdan internetin inkişafı, internetə olan tələbat artdıqca günü-gündən .az domeni ilə saytların sayı artırdı. Lakin .az domeni ilə sayt açmaq başdan-ayağa zülm idi, necəmi?
    2011-ci ildə Azərbaycanda domen adını qeydiyyatdan keçirmək üçün ilk olaraq, ərizə formasını hazırlayıb, domains@nt.az elektron ünvanına göndərmək tələb olunurdu. Məktubun cavabı gəldikdən sonra şəxsiyyət vəsiqəsi ilə Network Technologies şirkətinə müraciət etməli olurdunuz. Bakı şəhərində yaşamayanlar üçün bu əlavə əziyyət olurdu və öz saytını yaratmaq üçün Balakən rayonundan bir şəxs, domen almaq üçün Bakıya qədər yol qət etməli idi. Bu isə əlavə xərc demək idi. Domenin qeydiyyatı və texniki dəstək isə 40 azn təşkil edirdi. Texniki dəstəyin təminatı üçün hər il 20 AZN ödənməli idi. Qısacası oxuduqda belə gözümüzün qorxduğu bu prosedur bir neçə il əvvəlin reallığı idi.
    Lakin artıq hər şey fərqlidir. .Az domeni qeydiyyatdan keçirmək üçün sadəcə onun iki rəsmi satış məntəqəsinin saytlarından birinə daxil olmaq, bəyəndiyiniz domen adının boş olub olmadığını yoxlamaq və onlayn olaraq debit və ya kredit kartınızla, portmanat hesabınızla domenin pulunu ödəməyiniz kifayətdir. Bunun üçün tələb olunan tək sənəd Azərbaycan Respublikası vətəndaşı olduğunuzu təsdiq edən şəxsiyyət vəsiqəsidir ki, bunu da onlayn üsulda təsdiqləyirsiniz.
    Misal üçün siz Technotekopyasisayt.az domeni ilə bir sayt almaq istəyirsiniz. Artıq uzun uzadı prosedurlar əvəzində sadəcə Smarthost.az-a daxil olaraq aşağıdakı şəkildə görəcəyiniz axtarış bölməsindən domen adınızın boş-olub olmadığını yoxlaya bilərsiniz.
     
    Qeydiyyatdan keçdikdən sonra səbətinizə əlavə edəcəyiniz domen adınız üçün 40 azn ödəyərək onun rəsmi və yeganə sahibi ola bilərsiniz.
     
    Sadəcə bir neçə addımdan ibarət prosedur ardıcıllığını tamamlayaraq öz domen adınıza sahib ola biləcəyiniz bir dövrdə yaşayarkən hələ də internetdən pul qazanıla biləcəyinə inanmayan insanlar da mövcuddur. Lakin əminliklə deyə bilərik ki, 5 il ərzində sadəcə bu prosedurlar asanlaşmayıb. 5 il ərzində internet istifadəçilərimizin sayı dəfələrlə artıb. Saytların sayı dəfələrlə artıb və dolayısı ilə internetdən pul qazanan şəxslər və şirkətlərin sayıda dəfələrlə artıb. İnternet hər kəs üçün ikinci, hətta ən gəlirli iş sahəsi ola bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər