.az Domenində necə sayt açmaq olar? Üstün tərəfləri nələrdir?

.az Domenində necə sayt açmaq olar? Üstün tərəfləri nələrdir?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Əvvəla bu məqaləni oxuduğunuz saytın, "Technote.az”ın domen sonluğunun .Az olduğunu diqqətinizə çatdırmaq istəyirik.

Azərbaycanda fəaliyyət göstərib Azərbaycan istifadəçi kütləsi toplamağa çalışan hər qurum kimi bizdə hədəfimizə qismən də olsa bu domen sonluğunun bizə yaratdığı üstünlüklərdən istifadə edərək çatmışıq.

Bəs bu üstünlüklər nələrdir? .com, .org, .net və s. domenlərlə .Az domeninin fərqi nədədir?

Qeyd edək ki, .az domeni Azərbaycan dövlətinin rəsmi internet domen zonasıdır. Yəni dünya internet aləmində .az domeni ilə fəaliyyət göstərən saytların Azərbaycan əsaslı olduğunu anlamaq olur. Bu .az domeni seçmək üçün ilk səbəbdir. Əlavə olaraq əgər siz heç yerdə istifadə edilməyən və ya şirkətinizin adı ilə birəbir eyni olan domen adı axtarırsınızsa .com və digər domen zonalarında bu domenin boş olması, yəni hələki heç kim tərəfindən qeydiyyatdan keçirilməməsi çox çətin rast gəlinən bir haldır. Lakin .az domenində bu seçim haqqınız daha böyük ehtimal çərçivəsindədir və siz istədiyiniz domeni rahatlıqla əldə edə bilərsiniz. Bunun üçün bu linkdəki axtarış bölməsindən istifadə edə bilərsiniz ki, domen adının boş olub-olmadığını biləsiniz.


.Az domeni almaq üçün digər bir səbəb isə Azərbaycan vətəndaşları tərəfindən ilk olaraq önəm verilən domen zonasının bu olmasıdır. Yəni Azərbaycan vətəndaşları .Az domeninin rəsmi domen zonası olduğunu bildikləri üçün belə saytlara etibar edirlər.

Hazırda Azərbaycan internet mühitində "domen satıram, server kirayələyirəm və s." başlıqlarla fırıldaqçı fəaliyyət göstərən yüzdən artıq sayt mövcuddur. Sözügedən .az domeni satışı isə "İntrans” tərəfindən sadəcə iki şirkətə verilmişdir ki, bunlardan birini sizlərin diqqətinizə çatdırmaq istəyirik. "SmartHost” Azərbaycan domen zonası olan ".az”ın rəsmi qeydiyyat mərkəzidir və bütün satış icazələrinə malikdir.

Bəs .AZ domeni ilə necə sayt əldə edə bilərsiniz?

.Az domen zonası ilə sayt əldə etmək üçün, bu domen zonasının rəsmi satış nöqtəsi olan SmartHost.az şirkətinə müraciət etmək lazımdır. Lakin bu müraciət online formada həyata keçirilir. Çox sadə formada, online olaraq doldurulan müraciət forması və edilən ödəniş sonrasında artıq sizində şəxsi saytınız ola bilər. "Saytdan necə pul qazanmaq olar” barədə bu məqaləmizə də baş çəkməyinizi məsləhət görürük.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×