main-post-cover

    "Azal" hava yolları şirkəti Galaxy Note 7-yə qadağa qoydu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son günlərdə Samsung Galaxy Note 7 telefonlarının partlaması bir çox avia şirkətlər tərəfindən bu model cihazlara qadağa qoyulmasına səbəb olub. Hətta bir müddət əvvəl Galaxy Note 7 cihazının Türkiyədə partlaması bu cihazın Türk Hava Yolları tərəfindən qadağan olunmasına səbəb olmuşdu. Bu gün Azərbaycanda eyni qərar Azal şirkəti tərəfindən qəbul olunub. Belə ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə əsasən Azərbaycan Hava Yolları sərnişinlərdən uçuş zamanı Galaxy Note 7 modellərini istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edib. Xəbərdə həmçinin Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinlərin təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməsi tələb olunur. Daha ətraflı məlumatı burdan ala bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər