Azərbaycan dili lüğətinə rəsmi olaraq 2500 yeni söz daxil edilib. Maraqlısı odur ki, daxil edilən sözlərin sırasında bizə yaxşı tanış olan iPhone və iPad terminləri var. Bu terminlər Azərbaycan dili lüğətində AYFON və AYPƏD kimi daxil edilib. Bu addım sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Beləki, bəzi insanlar bu brend adlarının bu cür daxil edilməsini birmənalı qarşılamırlar. Lakin maraqlı bir nüans var. iPhone və iPad brenddirmi? Bildiyimiz kimi, iPhone və iPad Apple firmasının məhsuludur. Burada brend məhz Apple-dır. İstehsal etdikləri isə avadanlıqdır. iPhone, telefon terminin əvəzləməsi kimi çıxış edir. Onda belə bir situasiya yaranır ki, telefon sözü yox, dilimizdə phone sözü olsun. Yəni burada brend Adı Apple, termin isə iPhone-dur. Bu terminin Ayfon kimi lüğətə daxil edilməsində elə də böyük problem yoxdur. Böyük ehtimalla sözləri lüğətə daxil edənlər bu nöqteyi nəzərdən məsələyə yanaşıblar.
AYFON – Səs, rabitə və görüntü imkanlarını özündə birləşdirən simsiz multimedia qurğusu.
AYPƏD – İnternetə fərdi qoşulma cihazı; klaviaturasız noutbuk.
Şərh yoxdur