Azərbaycan, Dünyanın 33 ölkəsində keçirilən startup proqramına qoşulur  (Qeydiyyat başladı)

Azərbaycan, Dünyanın 33 ölkəsində keçirilən startup proqramına qoşulur (Qeydiyyat başladı)

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Ötən il 28 ölkədə keçirilən, dünyanın ən böyük "green" biznes ideya müsabiqəsi olan ClimateLaunchpad-ə bu il Azərbaycan da qoşulur. Yarışma özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə qəbul olunan startuplara və ideya müəlliflərinə çox böyük proqress xətti təkif edir. ClimateLaunchpad proqramına müraciətlər 9 Aprel 2017 tarixinə qədər davam edəcək və həmin tarixdən növbəti 3 həftə ərzində 7-10 komanda seçiləcəkdir.

 


Yarışma 4 əsas mərhələdən ibarətdir:

Mərhələ 1: Bootcamp – 6 - 7 May, 2017
Seçimlərdən sonra ClimateLaunchpad proqramına seçilən komandalara ClimateLaunchpad tərəfindən göndərilən xarici ekspert tərəfindən 8 modul üzərində 2 günlük praktiki bootcamp keçiriləcəkdir. Burada iştirakçılar startup qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənəcəklər.

Mərhələ 2: Intensiv ölkə daxili koçinq sessiyaları – May – Iyul, 2017
Bootcamp-lar bitdikdən sonra komandalar 6 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar yerli ekspertlər tərəfindən ClimateLaunchpad - in müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək və özlərini ölkə finalına hazırlayacaqlar.

Mərhələ 3: Ölkə Finalı – 5 Avqust, 2017
Ölkə daxili koçinq sessiyalarından sonra komandalar ClimateLaunchpad-in də təmsilçisinin iştirak etdiyi Jüri qarşısında ilk 3 yerə girərək Grand Final-a vəsiqə qazanmaq üçün təqdimatlar edəcəklər. Ümumilikdə 33 ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2017-ci ilin Oktyabr ayında keçiriləcək Grand Final-a vəsiqə qazanacaqlar. Bu komandaların Grand Final-da iştirakının bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Mərhələ 4: "Grand Final" – Limasol, Kipr, Oktyabr, 2017
Hər bir ölkənin qazanan 3 komandası Grand Final-da bir yerə toplanacaq v
ə Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Grand Final-da ilk 10 yeri tutan startup layihələri böyük ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar.

Bundan əlavə isə, Grand Final - da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer:€ 10,000 avro,
– Ikinci yer:€ 5,000 avro,
– Üçüncü yer:€ 2,500 avro.


Yarışmaya peşəsindən və sahəsindən asılı olmayaraq, biznes potensialı olan və iqlim dəyişikliyinə müsbət təsir edə biləcək istənilən ideya müəllifi müraciət edə bilər. Sizin ideyanız mobil tətbiqdən tutmuş, alternativ enerji mənbəyinə qədər, iqlim dəyişikliyinə təsir edə biləcək oyundan tutmuş, maddə və materialların təkrar emalı və təkrar istehsalına qədər istənilən ideya ola bilər.Müraciət edən komanda 2 üzvdən ibarət olmalıdır. Yarışma haqqında ətraflı məlumatı buradan oxuya bilərsiniz. Müraciətin son tarixi 9 Aprel 2017 - dir. Yarışma haqqında əlavə suallarınıza cavab tapmaq üçün roadshow sessiyalarından birində iştirak edin və ya zəng edin: +994558356538

Yarışmaya indi müraciət edin və Azərbaycanı Grand Final - da təmsil etmək fürsətini dəyərləndirin. Onu da qeyd edək ki, bu ilin qalib ölkəsi növbəti il Grand Final - a ev sahibliyi edir.

ClimateLaunchpad proqramı Azərbaycana Social Innovation Lab tərəfindən gətirilmişdir. Yarışmanın əsas media tərəfdaşı Technote Media şirkətidir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×