Azərbaycan taksi bazarına daxil olan yeni ad: Taxify
Digər
07.05.2017
Farid Pardashunas
İlk dəfə 2013-cü ildə Estoniyada fəaliyyətə başlamış "Taxify" xidməti artıq Azərbaycanda da fəaliyyət göstərəcək.
Bu gün
xidmət 15 ölkədə, o cümlədən Ukrayna, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan,
Latviya, Litva, Serbiya, Niderland və Meksikada fəaliyyət göstərir. Şirkət
gələcəkdə daha bir neçə Avropa ölkəsində xidmətini genişləndirməyi
planlaşdırır.
Taxify-ın partnyorların qeydiyyatı üçün nəzərdə tutulmuş saytının Azərbaycan versiyası artıq hazırdır və sürücülər Taxify-ın partnyoru olaraq işləmək və pul qazanmaq
şansı əldə edə bilərlər. Ödənişlərin UBER-dəki kimi nəğd və tətbiq üzərindən reallaşdırıla bildiyi bu Taksi xidməti
üçün işləmək istəyən sürücülər bu saytdan ətraflı məlumat ala və qeydiyyatdan keçə bilərlər.
Eyni
zamanda biznes paket olaraq şirkətlər üçün də taksi xidməti təklif edən Taxify-ın,
Azərbaycan bazarında necə uğur qazanacağını dəqiq deyə bilmərik. Beləki, bizim
bazarın necə "taksi xidmətlərini” yediyini hamımız bilirik.
Ümid
edirik Taxify, həm qiymət həm də keyfiyyət baxımından Azərbaycanda taksi
sektoruna yeni bir dad gətirər və digər taksi xidmətləri ilə rəqabətdə dözümlü
olar.
Bəs siz
hansı taksi xidmətindən istifadə edirsiniz?
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!