Azərbaycan tələbələri hədiyyə fondu $ 20000 olan “Golden Byte” Beynəlxalq IT-Çempionatında qalib gəldilər

Azərbaycan tələbələri hədiyyə fondu $ 20000 olan “Golden Byte” Beynəlxalq IT-Çempionatında qalib gəldilər

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Kiyevdə dünyanın 10 ölkəsindən innovativ layihələr toplayan Beynəlxalq IT-Çempionatının final mərhələsi baş tutdu. 300-dən artıq ən güclü iştirakçılar $ 20000 hədiyyə fondu uğrunda mübarizə apardılar.

STEP İT Akademiyası ardıcıl olaraq 10 ildir ki, "Golden Byte” beynəlxalq IT-çempionatını təşkil edir. STEP IT Akademiyasının baş direktoru, "Golden Byte” çempionatının ideya müəllifi və təşkilatçısı Dmitriy Korçevski: "Biz "GoldenByte” çempionatını ona görə yaratdıq ki, istedadlı gəncləri xoş bir məqsəd ətrafına toplayaq – bilik və texnologiyaların köməyi ilə dünyanı dəyişmək, insanlara fayda gətirəcək innovasiya yaratmaq. Əminliklə deyə bilərik ki, biz buna nail ola bildikı! Doqquz ildir ki, ardıcıl olaraq, tələbələrin müsabiqədə iştirak etmələri üçün əvvəlcə layihələr yaratdıqlarının, sonra isə öz ideyalarını startaplara çevirərək, həyata keçirmələrinin şahidi oluruq. Bu çox gözəldir!”


Tələbələr, "İnvent. Create. Change” şüarı altında birləşən 10 fərqli nominasiyada öz layihələrini təqdim etdilər. Bu il 10000-dən artıq insan öz layihəsini Çempionata təqdim etmişdir.

Mükafatçı-layihələr arasında məhdud imkanlara malik olan insanların həyatını dəyişə biləcək və onlara müasir texnologiyanın imkanlarından yararlanmağa kömək edəcək bir çox sosial layihələr var idi. Mükafata layiq görülən startapçılar gözdən əlil uşaqlara yardım edirlər, bu layihə gözdən əlil uşaqlara mobil telefon vasitsəilə şəhərdə hərəkət etməyə və istənilən idarəni asanlıqla tapmağa yardım edəcək.

Golden Byte müsabiqəsində ilk dəfə iştirak edən və 6 nominasiya üzrə Azərbaycanı təmsil edən tələbələr, Bakıya iki qızıl və iki bürünc medalla qayıtdılar. Onlardan biri cəmi 6 ay fəaliyyətdə olan STEP IT Academy Azerbaijan tələbəsidir.

E-Tap komandası – Elvin Cuvarov, Orxan Qədirov. WEB layihə nominasiyasında 1-ci yer

Vaqif Rüstəmov, Character design nominasiyasında 1-ci yer

JavaSet komandası - Yusupov Əsəd, Nicat Cavadov, Startup Challenge nominasiyasında 3-cü yer

Savefy komandası- Tural Səlimli, Məmməd Kərimli, Fəhmin Zakirli, Internet of Things nominasiyasında 3-cü yer

Finalçıların bir qismi final mərhələsi zamanı iş və təcrübə təkliflərini aldılar. Layihələri Ukraynanın və dünyanın ən böyük İT şirkətlərinin nümayəndələri qiymətləndirirdilər, məsələn, Yevgeniy Şvarov (Intersystems şirkəti), Yevgeniy Kudryavçenko (Vintage veb-studiyasının direktoru), Aleksey Mas (Kiyevstar), Svetlana Bovkun (KyivMakerFaire şirkətinin müştərək təsisçisi) «Kvartal 95» studiyasının nümayəndələri, Anna Tkaçenko (Rəqəmsal istiqamətin direktoru və 1+1 media strategiyası və inkişafı üzrə direktor), Dmitriy Litvinenko (STB televiziya kanalının art-direktoru), Vladislav Kurmaz (GlobalLogic əsas yaradıcısı), Papilev Aleksey (Lifecell əlavələrinin mobil idarəsi üzrə ekspert) və digərləri.

"Golden Byte” Beynəlxalq Çempionatı Azərbaycanın və Ukraynanın Təhsil Nazirliklərinin, habelə Kiyev şəhər administrasiyasının dəstəyi ilə keçirilir. Çempionatın baş partnyorları – InterSystems şirkəti, Wolf, , innovativ partnyor – Microsoft şirkəti, baş media partnyoru - 1 + 1 şirkətidir. Çempionatın final mərhələsi Şevçenko adına Kiyev Dövlət Univbersitetinin və D\'lux əyləncə kompleksinin dəstəyi ilə baş tutmuşdur.




Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×