Azərbaycanda ən çox daxil olunan TOP 10 sayt

TEXNOLOGİYA


08.05.2017 0 PAYLAŞIM 10399 OXUNMA

TECHNOTE @technote TECHNOTE logo icon

Ölkə üzrə internet istifadəçilərinin sayı günü-gündən artmaqdadır. Belə bir vəziyyətdə istifadəçilərin gün ərzində ən çox ziyarət etdiyi saytların Azərbaycan üzrə göstəricisi yəqin ki, çoxunuz üçün maraqlı ola bilər. "Alexa.com " - dünyaca məşhur reytinq saytının köməyi ilə ölkə üzrə ən çox daxil olunan saytların Top 10-luğuna nəzər sala bilərik.

1. Google.az - "Google Inc "in sahib olduğu bu domen Google.com - un yerli domenidir və Azərbaycanda ən çox daxil olunan internet resursudur.
2. Youtube.com - Məşhur video axın platforması olan Youtube dünyada olduğu kimi Azərbaycanda da 2 ən çox daxil olunan internet resursundan biridir.
3. Facebook.com - Təxminən 1.7 milyon yerli (azərbaycanlı) istifadəçisi olan facebook kütlənin ən çox ziyarət etdiyi sosial şəbəkədir.
4. Google.com - Google.az ilə ilk 4-lükdə qərarlaşan bu domen bir daha Azərbaycanda istifadəçilərin ən çox üz tutduğu saytın Google olduğunu göstərir. Bu tendensiya dünyada da belədir.
5. Mail.ru - İstifadəçi sayının get-gedə ölkəmizdə azalması düşünülsədə mail.ru ilk 5-likdə yerini qoruyur.
6. Wikipedia.org - Məlumat axarış platformasının ən çox ziyarət edilən saytlar arasında olması, istifadəçilərin internet üzərindən məlumat əldə etməsinə böyük önəm verdiyini göstərən amil kimi dəyərləndirmək olar.
7. Vk.com - Rus kökənli bu sosial şəbəkə Azərbaycan istifadəçiləri tərəfindən əsasən musiqi play listlərinin hazırlanılması üçün istifadə olunur və bu şəbəkə Azərbaycanda Facebook-dan sonra daxil olunan ən aktiv şəbəkədir.
8. Ok.ru - Daha bir rus əsaslı sosial şəbəkə. Yerli istifadəçilərin əsasən tanışlıq məqsədi ilə daxil olduğu bu sosial şəbəkə son vaxtlar artıq populyarlığını itirməyə başlayıb.
9. Google.ru - İlk 10-luqda Google artıq 3-cü domenlə təmsil olunur və bu domen Azərbaycanda olan rus dilli kütlənin Google-dan istifadə etməsinin göstəricisidir.
10. Instagram.com - Tətbiq əsaslı şəkil paylaşım şəbəkəsi olan instagramın web versiyası ilk 10-luğu tamamlayır.

 
Sıralamadan da göründüyü kimi Azərbaycanda Top 10 ən çox istifadə edilən saytlar arsında heç bir milli resurs yer almır. Bu da bir növ Azərbaycanda internet biznesinin zəif olduğunu göstərən amildir.

Fərid Pərdəşünas
Technote Ekspert