main-post-cover

    Azərbaycanda İnternetin kəsilməsinə yanğın səbəb olub!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Azərbaycan günorta saatlarından etibarən internet kəsintiləri yaşanmağa başlayıb. Hazırda internetə giriş qismən bərpa olunsa da, əksər saytlara giriş mümkün deyil. Hətta dövlət orqanlarının da saytına giriş mümkün deyil.
     
    Rabitə və Yüksək texnologiyalar Nazirliyindən bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telecom" şirkətində yanğın baş verib və DataCenter'də olan bütün zəruri avadanlıqlar yanaraq sıradan çıxıb. Nazirliyin verdiyi məlumata görə yanğın artıq söndürülüb və alternativ kanallarla ölkə internetlə təmin olunur. Lakin yaxın vaxtlarda sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunacaq, ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq.
    Linki kopyala