Azərbaycanda pornoqrafiya reklam edən saytlar niyə bağlanmır?! +18

Azərbaycanda pornoqrafiya reklam edən saytlar niyə bağlanmır?! +18

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Yerli saytların pul qazanmaq üçün etdiyi iyrənc əməllərdən biri də saytlarda pornoqrafik reklamların yerləşdirilməsidir.

Son zamanlar yerli internet saytlarında kişi cinsi orqanının inkişafı ilə bağlı insan əxlaqını korlayan reklam materialları sürətlə yayımlanmaqdadır. "Adnow" və "AddXXX" xarici reklam şirkətlərinin yerli saytlara verdiyi müxtəlif gel və dərman pereparatları reklamları birmənalı olaraq biyabırçı xarakter daşıyır. Məsələni araşdırmadan əvvəl Azərbaycan Respublikasının Qanunvericiliyinə nəzər salaraq bəzi nüansları həm sizin həm də dövlət qurumlarının yadına salmaq istəyirik ki, lazımi tədbirləri tez bir zamanda görsünlər. 

Azərbaycan Respublikası Kütləvi İnformasiyalar Haqqında Qanununda qeyd olunur:

Maddə 19:

Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi.
2-ci bənd: Dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə);
 
Maddə 60:

Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət.
5-ci bənd: Pornoqrafik materialları dərc etdikdə və ya efirə verdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.
 
Eləcə də bu kimi bəndlərə Azərbaycan Respublikası Reklam Haqqında Qanunda da rast gəlmək olar.

Keçək əsas məsələyə. Bu kimi reklamlar hansı saytlarda yayımlanır? və məqsəd nədən ibarətdir?

Azərbaycanda qadınlara xidmət göstərən və onlar üçün faydalı məlumat istehsalı ilə məşğul olan "Qadınlar.biz" saytının məzmunlarının sonunda bizi "maraqlı" reklamlar qarşılayır. Minlərlə Azərbaycan qadının gün ərzində daxil olduğu bu saytda, kişi cinsi orqanın böyüdülməsi ilə bağlı görüntülü reklamlar yerləşdirilib. Web versiyada çıxan reklamlar aşağıdakı kimidir: 


 
Nisbətən qapalı reklam kimi görünsə də, mobil versiyada bizi daha dəhşətli reklamlar qarşılayır. Hətta reklamlar o dərəcədə biyabırçıdır ki, biz öz prinsiplərimizə uyğun olaraq həmin şəkilləri montaj edərək sizlərə təqdim edirik. 


 
Hər gün minlərlə qadının daxil olduğu bu sayta yetginlik yaşına çatmamış xanımlar və uşaqlar da daxil olur. Çörəyin qiymətinin qalxması ilə bağlı xəbərdə niyə belə reklamlar çıxmalıdır axı? Yəni pul bu qədərmi önəmlidirmi? Qadınları maarifləndirmək üçün yaradılan bu sayt niyə qadınlara kişi cinsi orqanlarının reklamlarını göstərir? Sual maraqlıdır. Cavab isə yoxdur. Bu kimi məsələlər yerli icra orqanları tərəfindən ciddi nəzarət altında saxlanılmalıdır. 

Digər informasiya portalı isə "Millixeber.com"dur. Saytın adına və yerləşdirdiyi reklamlara baxan zaman şoka düşməmək mümkün deyil. Niyə milli xəbərləri oxumaq istəyən şəxslər pornoqrafik reklamlarla qarşılaşmalıdır? İşin pis tərəfi isə bu reklamların birbaşa Azərbaycan dilində yayımlanmasıdır. Həmin saytdan reklam görüntülərini təqdim edirik. 



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×