Azərbaycanda startup bazarının 1 nömrəli problemi: “İnvestor”

Azərbaycanda startup bazarının 1 nömrəli problemi: “İnvestor”

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Startup bazarının içində olub, bu bazar haqqında məlumatı olanlar və ən əsası startupları olanlar yaxşı bilir ki, Azərbyacanda öz ideyana və startupına investor tapmaq çətin məsələdir. Daha doğrusu bu son zamanlarda mümkünsüz hal alıb. Son zamanlar deməyək, çünki heç "əvvəlki zamanlar” da olmayıb. İqtisadi inkişafımızın tempi ilə əlaqədar olaraq startup termini ölkəmizdə yeni bir anlayışdır. Lakin qısa zaman ərzində ölkəmizdə saysız hesabsız startuplar görə bilərik, dövlətin də bu sahədə maraqlı olması startupçıların həvəsini artırıb. Lakin, hamımız bir məsələdən şikayətlənirik. Bu bəlkədə bizləri birləşdirən tək ortaq nöqtədir. İnvestorun olmaması. Bəs investor kimdir? Azərbaycanda investor varmı? Problem investordadır yoxsa startuplarda? Bu məqalədə bu suallara cavab tapmağa çalışacağıq.


Əvvəla onu deyim ki, investor əlində sərbəstləşən kapitalı iqtisadiyyatın müxtəlif sahə və sferalarına yatıran şəxsdir. İnvestorlar qiymətli kağızlara, səhmlərə, daşınmaz əmlaka və digər aktiv gəlir gətirən sahələrə pul yatırırlar. Startupa investisiya etməkdə investorun məqsədi gələcəkdə formalaşan yeni şirkət üzərindən əlavə aktiv gəlir əldə etməkdir. Dünya bazarını və "mələk investor” anlayışını kənara qoyub, yerli investorlardan sizə məlumat vermək istəyirəm.

Ikinci sualımıza keçid alaq. Azərbaycanda olan investorların əksəriyyəti öz pullarını riskə atmaqdan qorxur və nəticə etibarilə onların əlində formalaşan sərbəst vəsaitlər ya banklarda ya da daşınmaz əmlakdadır. Azərbaycanda olmayan investor bazarının məhz elə başlıca problemi budur. Azərbaycanda olan investorların düşüncəsi hələ bir qədər kobud səslənsədə köhnədir. Sovet ideologiyasını başında daşıyan və külli miqdarda pulu olan şəxslər az deyil. Onlar üçün startup, texnologiya, elektron ticarət, internet anlayışları ikinci plandadır. Azərbaycanlı investorlar riskdən qorxur. Doğrudur investor həmişə riski yanında daşıyan şəxsdir. Lakin reallıq budur ki, hansısa investora yaxınlaşanda o, ilk öncə "startup batsa necə olacaq?” tipli suallar verir. Digər bir problem isə bizim investorlar üçün yaradılacaq şirkət, ediləcək yenilik deyildə gələcəkdə qazanılacaq məbləğ maraqlıdır.




Növbəti sualımızı daha dəqiqləşdirək: " İnvestisiya ala bilməməkdə startup sahibinin günahı nədir?”Gəlin investorları mələk zənn edək və problemi özümüzdə axtaraq. Startup bazarında Azərbaycanda ciddi problemlər var. 1-ci problem: Azərbaycanda startup sahibi olanların əksəriyyəti tələbə və gənclərdir. Onların startup bazarı ilə bağlı kifayət qədər informasioya və təcrübələri yoxdur. Sanki ağıllarına gələcək ideyalara pul yatırılacağın zənn edirlər. 2-ci problem: Bazarda mövcud olan startupların əksəriyyəti xarici təcrübədə sınaqdan keçmiş ideyaların təkrarıdır.Dünyada artıq qlobal istifadədə olan startupların ideyalarının lokallaşdırılmasının nə mənası var axı? (bəzi layihələr istisnaolmaqla) 3-cü problem: ideya, komanda, icraat və startup. Problemin kökü buradadır. İdeyası olan hər bir gənc onu reallaşdırmaq kollektiv qurmaq əvəzinə dərhal mələy axtarışına keçir. Ağıllı investorlar ideyaya pul yatırmır. Dünyada çox az ideya varki ona investisiya edilib. Uğurlu ideya əsasında kollektiv formalaşdırıb icraata başlasan o zaman sən bir startupa sahib ola bilərsən. Yalnız o andan etibarən artıq investor axtarışına keçmək olar. 4-cü problem: Startup sahibi olan bəzi gənclər sanki profilində ”CEO&Founder at” başlığından sitifadə etmək üçün biznes qururlar. Xəyallarla yaşamaq doğru deyil, heç birimiz Steve Jobs yaxud Bill Gates deyilik. Real məsələlər üzərindən düşünmək vacibdir. Öz potensialınızı görün və o potensial üzərindən hərəkət edin. Məqsədlərinizi doğru formalaşdırın və məqsədə çatmaq üçün dərhal icraata başlayın. Nəticədə investor sizi tapacaq. Siz investor axtarmayın, qoyun onlar sizi tapsınlar.


 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×