


Əvvəla onu deyim ki, investor əlində sərbəstləşən kapitalı iqtisadiyyatın müxtəlif sahə və sferalarına yatıran şəxsdir. İnvestorlar qiymətli kağızlara, səhmlərə, daşınmaz əmlaka və digər aktiv gəlir gətirən sahələrə pul yatırırlar. Startupa investisiya etməkdə investorun məqsədi gələcəkdə formalaşan yeni şirkət üzərindən əlavə aktiv gəlir əldə etməkdir. Dünya bazarını və "mələk investor” anlayışını kənara qoyub, yerli investorlardan sizə məlumat vermək istəyirəm.
Ikinci sualımıza keçid alaq. Azərbaycanda olan investorların əksəriyyəti öz pullarını riskə atmaqdan qorxur və nəticə etibarilə onların əlində formalaşan sərbəst vəsaitlər ya banklarda ya da daşınmaz əmlakdadır. Azərbaycanda olmayan investor bazarının məhz elə başlıca problemi budur. Azərbaycanda olan investorların düşüncəsi hələ bir qədər kobud səslənsədə köhnədir. Sovet ideologiyasını başında daşıyan və külli miqdarda pulu olan şəxslər az deyil. Onlar üçün startup, texnologiya, elektron ticarət, internet anlayışları ikinci plandadır. Azərbaycanlı investorlar riskdən qorxur. Doğrudur investor həmişə riski yanında daşıyan şəxsdir. Lakin reallıq budur ki, hansısa investora yaxınlaşanda o, ilk öncə "startup batsa necə olacaq?” tipli suallar verir. Digər bir problem isə bizim investorlar üçün yaradılacaq şirkət, ediləcək yenilik deyildə gələcəkdə qazanılacaq məbləğ maraqlıdır.
Növbəti sualımızı daha dəqiqləşdirək: " İnvestisiya ala bilməməkdə startup sahibinin günahı nədir?”Gəlin investorları mələk zənn edək və problemi özümüzdə axtaraq. Startup bazarında Azərbaycanda ciddi problemlər var. 1-ci problem: Azərbaycanda startup sahibi olanların əksəriyyəti tələbə və gənclərdir. Onların startup bazarı ilə bağlı kifayət qədər informasioya və təcrübələri yoxdur. Sanki ağıllarına gələcək ideyalara pul yatırılacağın zənn edirlər. 2-ci problem: Bazarda mövcud olan startupların əksəriyyəti xarici təcrübədə sınaqdan keçmiş ideyaların təkrarıdır.Dünyada artıq qlobal istifadədə olan startupların ideyalarının lokallaşdırılmasının nə mənası var axı? (bəzi layihələr istisnaolmaqla) 3-cü problem: ideya, komanda, icraat və startup. Problemin kökü buradadır. İdeyası olan hər bir gənc onu reallaşdırmaq kollektiv qurmaq əvəzinə dərhal mələy axtarışına keçir. Ağıllı investorlar ideyaya pul yatırmır. Dünyada çox az ideya varki ona investisiya edilib. Uğurlu ideya əsasında kollektiv formalaşdırıb icraata başlasan o zaman sən bir startupa sahib ola bilərsən. Yalnız o andan etibarən artıq investor axtarışına keçmək olar. 4-cü problem: Startup sahibi olan bəzi gənclər sanki profilində ”CEO&Founder at” başlığından sitifadə etmək üçün biznes qururlar. Xəyallarla yaşamaq doğru deyil, heç birimiz Steve Jobs yaxud Bill Gates deyilik. Real məsələlər üzərindən düşünmək vacibdir. Öz potensialınızı görün və o potensial üzərindən hərəkət edin. Məqsədlərinizi doğru formalaşdırın və məqsədə çatmaq üçün dərhal icraata başlayın. Nəticədə investor sizi tapacaq. Siz investor axtarmayın, qoyun onlar sizi tapsınlar.
Şərh yoxdur