Azərbaycanda startap bazarının 10 problemi. (Araşdırma)

Azərbaycanda startap bazarının 10 problemi. (Araşdırma)

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

1. Startupların əksəriyyəti investor tapmaq məqsədilə yaradılır - Azərbaycanın startup bazarının ən mühüm problemlərindən biri startupların daim investor axtarışında olmasıdır. Startupların əksəriyyəti ideyanı ortaya qoymaq və növbəti adımda investor axtarışına çıxmaqdır. İdeya və investisiya arasında təəssüfki, bir pillə daha var. Söhbət icraatdan gedir.
2. İdeyanın oğurlanması qorxusu - Son vaxtlar artıq neçənci dəfədir şəxsi təcrübəmdə başıma gəlir. "Mənim ideyamı technoteda tətbiq etdin", "İcmalı ilk dəfə biz çəkmişik", "Sizi məhkəməyə verəcəyik" - Bunlar mənim eşitdiklərimdir. Bir də buraya innovasiya mərkəzlərinin idarəçilərinə gələn iddiaları əlavə eləsək tam olar. Əminəm ki, onlarda artıq bundan bezib. Qardaşlar heç kimin ideyanızda gözü yoxdur. Bacarırsan formalaşdır, bacarmırsan sus və izlə. 
3. Baltalamaq - Əslində bu biraz qəliz problemdir. Sanki startup bazarında olan layihələr biribirilərinə düşmən kəsilib. Sanki biri böyüdü milyonlar qazandı, digəri qaldı. Əlini itiləyib bir yerə rəy yazırsan ya layihədən danışırsan yerindəcə peşman olursan. Mütəxəssis rəylərini qoyaq bir kənara 63 ədəd layihə batıran və 5 qəpik qazana bilməyən adamın sənin layihəni ağır tənqid etməsi və məsləhət verməsi adama qəribə təsir bağışlayır.
4. Co-founder - Startuplarda yaşanan və tez-tez rastlanılan problemlərdən biridir. Birdə Co-founder Azərbaycanlı oldusa konsert başladı. Aydın məsələdir startup yaradılanda bir neçə nəfərin ortaq əməyi ilə qurulur və bir müddət pul qazanmağı qoyaq bir yana xeyli pul xərclənilir. Gün gəlir layihə qazanmağa başlayır ki, elə o anda zalım fələk yaxandan yapışır. Zalım co-founder desək daha doğru olardı. Mənim payım, mənim əziyyətim, bunu mən etdim, mən olmasaydım nələr nələr... Tanış cümlələrdir. Əgər belə bir ortağınız varsa Allah səbr versin.
5. Motivasiya filmlərinin və kitablarının verdiyi qaz problemi - Allah bu Steve Jobs və Sosial Network filmlərini çəkənin min bəlasın versin deməyəcəm. Filmlərə baxmaq və kitab oxumaq kimi gözəl bir motivasiya mənbəyi ola bilməz. Lakin xəyallara dalmayana qədər. Bu filmlərə baxıb özünü dağın başına qoyan saysız hesabsız yerli CEO-lar tanıyıram. Şəxsi fikrimə görə bir az real davranmaq və real düşünmək lazımdır.
6. İnnovativ ideyaların qıtlığı - Məncə bizim bazarın ən böyük problemlərindən biri budur. Əksər startuplarımız qlobal layihələrin təkrarı və onların lokallaşdırılmasını həyata keçirir. Bunu özümə də şamil edirəm. Fikrimcə bununla müəyyən qədər pul qazanmaq olar amma bir yərə qədər... Yerli layihələrlə büdcənin limiti var ancaq beynəlxalq bazarda gəlirlərin limiti yoxdur.
7. Ailə problemləri - Yaşlı nəsli qoyaq bir kənara Azərbaycanda orta yaşlı nəsildə Startupın nə olduğunu bilmir. Gənc startupçılarımız ailələri tərəfindən çox sıxışdırılır. "Bu boş işlərindən əl çək", "başını dolandıracaq bir iş tap özünə" bu tipli cümlələr hamıya yaxşı tanışdır. Bu gəncləri demotive edən əsas amillərdən biridir. Məhz buna görədə əksər startapçılar tələbələrdir. Onlardan iş tələb olunmur və gələcəyi rahat qurmaq üçün can atırlar.
8. Startupa fobiya - Hər hansı bir şirkətə yaxınlaşıb biz startupıq desəniz, sizi 15 dəqiqəlik səmimi söhbət və ardından erkən yaşanan ayrılıq gözləyir. Sanki bu termin qorxu, dəhşət və risk saçır. Təbii, bu Azərbaycanda belədir. Şirkətlər staruplarla işləməkdən və əməkdaşlıq etməkdən çəkinirlər.
9. 7 startup istərəm - Sadaladığım problemlərdən ən xoşuma gəlməyəni budur desəm yalan olmaz. Bir startupı "tutuzdurmamış" gəlir əldə etməmiş, növbəti startupa keçid almaq. Sanki görünüş xatirinə mənim 5 startup yaxud şirkətim var demək. Bu sadəcə cəfəngiyyatdır.
10. Star Təlimçi - Adamın işi startuplara təlim keçmək və təcrübəsin bölüşməkdi. Burada nə problem var deyə sual yarandı ağlınızda. Problem burada deyil problem odur ki, startuplardan çox startup təlimçilərinin, mentorların olmasıdır. Hamı nəyi isə tənqid edir hamı nəsə öyrədir. İş görən isə yoxdur.
Son olaraq qeyd edim ki, bu problemlər mən Fərid Pərdəşünasın gördüyü və təmamilə şəxsi fikirlərimə əsaslanan problemlərdir. Yəni birdən düşünsəz ki, mən də ağıllı çıxıb nəsə öyrətmək istəyirəm, qətiyyən! Sadəcə işim budur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×