Azərbaycanda vaxtilə məşhur olmuş oyunlar. TOP 5

Azərbaycanda vaxtilə məşhur olmuş oyunlar. TOP 5

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 

Keçmişdən günümüzə ölkəmizdə oynanılan ən populyar oyunların siyahısı.


Dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da videooyunlar məşhurdur. Uşaqlıq ilərimdə ilk dəfə NES oyunları ilə necə tanış olduğumu xatırlayıram. Həyəcan və sevinclə qutudan 8-bit CPU-lu ilk NES konsolumu və klassik oyunları çıxarıb oynamağımı heç unutmuram. Bütün bunlar oyun dünyasına qədəm qoyduğum ilk addımlar idi. Daha sonra, zaman keçdikcə ölkəmizdə Xbox-a nəzərən çox məşhur olan "Playstation 1” oyun konsolu ilə tanış oldum. Bu konsolda ilk dəfə 3D oyunları görmə şansını əldə etmişdim. Evimizdə 1996-cı ildə alınan ilk PC və daha sonralar ona yüklədiyim "Dangerous Dave” oyununu çox sevirdim. O zaman sevincimin həddi-hüdudu yox idi, o anların nə qədər dəyərli olduğunu və mənə yaşatdığı hissləri ifadə etmək çətindir… Əlbəttə, bu məqalədə sizə öz oyun keçmişimdən yox, Azərbaycanda vaxtilə məşhur olan oyunlardan söhbət açacam.

Combats.ru

 

Combats adlı bu oyun Rusiyada yaradılmış və qısa zamanda məşhurluq qazanmışdır. BBMMORPG tipində olan Combats, 2002-ci il martın 17-də yayımlanmışdır. O zamanlar üçün bu oyun qeyri-adi və maraqlı idi. Sayt üzərindən işləyir və sadəcə Internet Explorer və onun əsasında yaradılmış "browser”lərdə çalışırdı. Azərbaycanda demək olar ki, bütün internet-klublarda bu oyunu oynayırdılar. Əlbəttə, oyunda döyüş sistemi mövcud idi. Siz başqaları ilə və ya dostlarınız ilə döyüşlər keçirə bilirdiniz. Hazırda bu oyunu artıq 3D qrafikli MMORPG oyunlar əvəz edib. Lakin, hələ də Combats-ı oynayanlar var.

 

Lineage 2

 

 

İlk seriyası 1998-ci ildə çıxan Lineage-in ikinci seriyasını tanımayan yoxdur. Cənubi Koreya əsaslı NCSOFT şirkəti tərəfindən "Unreal Engine 2.5” oyun mühərriki istifadə edilərək yaradılmış və 2003-cü ildə ictimaiyyətə təqdim edilmişdir. Bu oyun da internet-klublarda ən çox oynanılan oyunlar siyahısında idi. Bir çox MMORPG oyunlarda olduğu kimi, burada da öz virtual xarakterinizi yaradır, onunla döyüşlərə gedir, gücünüzü və səviyyənizi (level) yüksəldirdiniz. Xatırlayıram ki, o zaman hamı öz dostlarına virtual xarakterini nümayiş etdirib, onunla öyünürdü. Bir çox oyunlarda olduğu kimi, burada da hər kəs oyuna pul köçürür və xüsusi virtual əşyalar alırdılar. Əlbəttə, NCSOFT şirkəti digər oyun şirkətləri kimi öz gəlirini məhz bunun sayəsində qazanırdı.

 

CrossFire

 

Yuxarıda ancaq MMORPG oyunlar haqqında danışdıq. İndi isə sıra MMOFPS tipində olan CrossFire-dadır. Yenə də Cənubi Koreya əsaslı SmileGate şirkəti tərəfindən "Lithtech Jupiter EX” adlı oyun mühərriki istifadə edilərək hazırlanan oyun, ilk olaraq elə öz ölkələrində 2007-ci il mayın 3-də ictimaiyyətə təqdim edilmişdir. Oyun daxilində real pul qarşılığında xüsusi əşyalar və silahlar ala, döyüşlərə qoşula bilirdiniz. Bu oyun ölkəmizdə və Rusiyada çox məşhur olmuşdur.

 

Point Blank

 

 

Çoxlarının sevdiyi və hələ də oynadığı Point Blank oyununu da Cənubi Koreya əsaslı Zepetto Co. şirkəti yaradıb. Oyun ilk dəfə 2008-ci ildə yayımlanıb və ICube oyun mühərrikindən istifadə edilib. ICube Zepetto Co. şirkətinə aiddir. Point Blank bəzi xüsusiyyətlərinə görə Counter Strike adlı oyuna bənzəyir. Oyun zamanı sizə iki tipdə qrup təklif edilir. Onlar CT-Force və Free Rebels-dir. Point Blank Counter Strike-da olduğu kimi burada da "Xüsusi təyinatlılar” və "Terroristlər” arasında gedən mübarizəni oyunçulara təqdim edir və canlandırır. Digər sadaladığımız oyunlarda olduğu kimi, burada da siz real pul qarşılığında oyun içərisində satılan virtual əşyaları istifadə edə bilirsiniz. Aldığınız virtual əşyalar sizin performansınızda müsbət dəyişikliklərə səbəb olur. Point Blank-ın Counter Strike-dan ən böyük fərqi də məhz budur. Point Blank-ın rəsmi olaraq Rusiya, Cənubi Koreya, Türkiyə, Polşa, Amerika, Çin, Çexiya və İtaliya kimi ölkələrdə serverləri mövcuddur. Qeyd edim ki, Point Blank Amerikada Project Blackout kimi qeyd olunur. Point Blank yalnız Windows əməliyyat sistemini dəstəkləyir.

 

Warface

 

Müəllif: Rüfət Məmmədli

 

 

  1. Combats adlı bu oyun Rusiyada yaradılmış və qısa zamanda məşhurluq qazanmışdır. BBMMORPG tipində olan Combats, 2002-ci il martın 17-də yayımlanmışdır. O zamanlar üçün bu oyun qeyri-adi və maraqlı idi. Sayt üzərindən işləyir və sadəcə Internet Explorer və onun əsasında yaradılmış "browser”lərdə çalışırdı. Azərbaycanda demək olar ki, bütün internet-klublarda bu oyunu oynayırdılar. Əlbəttə, oyunda döyüş sistemi mövcud idi. Siz başqaları ilə və ya dostlarınız ilə döyüşlər keçirə bilirdiniz. Hazırda bu oyunu artıq 3D qrafikli MMORPG oyunlar əvəz edib. Lakin, hələ də Combats-ı oynayanlar var.

 

2. Lineage 2

 

İlk seriyası 1998-ci ildə çıxan Lineage-in ikinci seriyasını tanımayan yoxdur. Cənubi Koreya əsaslı NCSOFT şirkəti tərəfindən "Unreal Engine 2.5” oyun mühərriki istifadə edilərək yaradılmış və 2003-cü ildə ictimaiyyətə təqdim edilmişdir. Bu oyun da internet-klublarda ən çox oynanılan oyunlar siyahısında idi. Bir çox MMORPG oyunlarda olduğu kimi, burada da öz virtual xarakterinizi yaradır, onunla döyüşlərə gedir, gücünüzü və səviyyənizi (level) yüksəldirdiniz. Xatırlayıram ki, o zaman hamı öz dostlarına virtual xarakterini nümayiş etdirib, onunla öyünürdü. Bir çox oyunlarda olduğu kimi, burada da hər kəs oyuna pul köçürür və xüsusi virtual əşyalar alırdılar. Əlbəttə, NCSOFT şirkəti digər oyun şirkətləri kimi öz gəlirini məhz bunun sayəsində qazanırdı.

3. CrossFire

 

Yuxarıda ancaq MMORPG oyunlar haqqında danışdıq. İndi isə sıra MMOFPS tipində olan CrossFire-dadır. Yenə də Cənubi Koreya əsaslı SmileGate şirkəti tərəfindən "Lithtech Jupiter EX” adlı oyun mühərriki istifadə edilərək hazırlanan oyun, ilk olaraq elə öz ölkələrində 2007-ci il mayın 3-də ictimaiyyətə təqdim edilmişdir. Oyun daxilində real pul qarşılığında xüsusi əşyalar və silahlar ala, döyüşlərə qoşula bilirdiniz. Bu oyun ölkəmizdə və Rusiyada çox məşhur olmuşdur.

4. Point Blank

 

Çoxlarının sevdiyi və hələ də oynadığı Point Blank oyununu da Cənubi Koreya əsaslı Zepetto Co. şirkəti yaradıb. Oyun ilk dəfə 2008-ci ildə yayımlanıb və ICube oyun mühərrikindən istifadə edilib. ICube Zepetto Co. şirkətinə aiddir. Point Blank bəzi xüsusiyyətlərinə görə Counter Strike adlı oyuna bənzəyir. Oyun zamanı sizə iki tipdə qrup təklif edilir. Onlar CT-Force və Free Rebels-dir. Point Blank Counter Strike-da olduğu kimi burada da "Xüsusi təyinatlılar” və "Terroristlər” arasında gedən mübarizəni oyunçulara təqdim edir və canlandırır. Digər sadaladığımız oyunlarda olduğu kimi, burada da siz real pul qarşılığında oyun içərisində satılan virtual əşyaları istifadə edə bilirsiniz. Aldığınız virtual əşyalar sizin performansınızda müsbət dəyişikliklərə səbəb olur. Point Blank-ın Counter Strike-dan ən böyük fərqi də məhz budur. Point Blank-ın rəsmi olaraq Rusiya, Cənubi Koreya, Türkiyə, Polşa, Amerika, Çin, Çexiya və İtaliya kimi ölkələrdə serverləri mövcuddur. Qeyd edim ki, Point Blank Amerikada Project Blackout kimi qeyd olunur. Point Blank yalnız Windows əməliyyat sistemini dəstəkləyir.

5. Warface

 

 

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×