main-post-cover

    Azərbaycanlı gənclərdən növbəti maraqlı startup!

    Digər
    07.05.2017
    Farid Pardashunas
    TOMR- Top Of Music Rating
    Maraqlı kino axtarışında olduğumuz zaman adətən İMDB saytına daxil olaraq ordan sevdiyimiz janrı seçib reytinq üzrə ən çox səs toplayan kinolara baxırıq.
    Bəs musiqi seçərkən necə edirik? Əksəriyyət youtube saytına daxil olaraq oradan ifaçının adını yazaraq, yada youtube-un təklif etdiyi musiqiləri dinləyirik. Bu həm zaman aparır, həmdə yorucu olur. Belə bir vəziyyətdə köməyimizəTomR saytı çata bilər.
    TomR saytı 2 Azərbaycanlı tələbə - Məhəmməd RüstəmzadəOrxan Qəhrəmanzadətərəfindən yaradılıb. Saytda musiqilərə səs vermək, sevimli musiqi kimi işarələyərək daha sonra dinləmək imkanları var. Bundan başqa saytdakı musiqilər janrlara görə bölünüb. Buda istifadəçilərin rahatlıqla sevdikləri janrlara uyğun musiqiləri dinləmə rahatlığı verir. Saytda müvəqqəti olaraq yalnız youtube-dan götürülmüş musiqilər yerləşdirilir. İnvestisiya cəlb olunandan sonra saytın öz bazası olacaq və istifadəçilərdə öz musiqilərini sayta yükləyib reytinq marafonuna qoşula biləcəklər. Bundan başqa istifadəçilər digər istifadəçiləri"follow" edərək digər istifadəçilərin yeni musiqilərini dinləyə biləcəklər.
    Saytın yaranmasında əsas məqsədlərdən biri insanların sevdikləri musiqilərə səs verərək musiqini yüksək pillələrə qaldırmaqdır.
    TomR-un hədəfi ölkəmizin tanıtmaq və Azərbaycan gənclərinin istedadlı və bacarıqlı olmasını göstərməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər