Azərbaycanlı gəncin startupı "BeBonobo", Sinqapurda bir müsabiqədə qalib olaraq 23.000 Azn qazandı!
Digər
07.05.2017
Farid Pardashunas
Azərbaycanda yenicə qurulmuş Social Innovation Lab startap koçinq və mentorluq laboratoriyasının startaplarından biri, BeBonobo Sinqapurda beynəlxalq biznes yarışının qalibi olub və 20,000 Sinqapur dolları (23,000azn) qazanıb.
BeBonobo uzun müddətdir Malayziyanın startap sistemində fəaliyyət
göstərən və Social Innovation Lab startap laboratoriyasının da qurucusu olan həmyerlimiz
Cəsur Həsənov tərəfindən 2015-ci ildə
qurulmuşdur. Sonradan komandasını quran həmyerlimizin komandasında hazırda Yəmən,
Malayziya, Indoneziya və Azərbaycan olmaqla 4 fərqli ölkədən olan 6 nəfər fəaliyyət
göstərir.
BeBonobo yaşının bir ildən az olmasına baxmayaraq müxtəlif
beynəlxalq startap yarışlarında yüksək nəticələr göstərərək özünə 42,000 azn "seed”
(toxum) investisiya cəlb etməyi bacarmışdır. Malayziyada 2015-ci ildə keçirilən
Cleantech Hackathon programında 2-ci yer, Tatarstan Respublikasında keçirilən Kazan
OIC Youth Entrepreneurship Forum-da qalib komandalardan biri, keçən cümə günü,
21 Oktyabr tarixində isə həmyerlimizin startapı BeBonobo Sinqapurda 8 aydır
davam edən YSE2016 biznes yarışının qalibi olaraq 20,000 Sinqapur dolları
(23,000azn) qazanmış və nailiyyətlərinə bir yenisini də əlavə etmişdir.
Xatırladaq ki, BeBonobo Silikon Vadisindəki "Cleantech Open Accelerator” programına seçilən
və uğurla başa vuran 25 startapdan biri və Sinqapur Beynəlxalq Fondu tərəfindən
yaradılan YSE2016 programına seçilən və uğurla başa vuran 16 startapdan
biridir. YSE2016 programının isə qeyd etdiyimiz kimi qalibi olmuşdur.
BeBonobo hazırda cənub-şərqi Asiyanın (SouthEast Asia) ən
prestijli akselerator proqramı MAP (MaGIC Accelerator Program) tərəfindən dəstəklənən
25 startapdan biridir və Noyabr ayında həmin startaplar 150-dən çox regional
investorun önünə çıxaraq öz güclərini sınayacaqlar.
BeBonobo nədir sualına cavab isə belədir ki, BeBonobo cari
israfçı istehlak modelini pozaraq istehlakçıları şüurlu istehlaka təşviq edən
onlayn sosial şəbəkədir. İstifadəçilər sahib olduqları lakin istifadə etmədikləri
əşyaları BeBonobo vasitəsilə başqa bir istifadəçiyə ötürərək yeni dostluqlar
qururlar. Həmçinin sizə lazım olan əşyaya pul xərcləməzdən əvvəl BeBonobo
hesabınızı yoxlamağı unutmayın, çünki heçbir ödəniş etmədən BeBonobo-da həmin əşyanı
tapa bilərsiniz. Maraqlı bir fakt da odur ki, istifadəçi BeBonobo platformasına
istifadə etmədiyi əşyanı "for tree” (ağac üçün) digər istifadəçiyə verdiyi təqdirdə,
əşyanı götürən istifadəçi platformaya 3 dollar ödəyir və BeBonobo əşyanə verən
istifadəçi üçün hər verdiyi əşyaya görə bir ağac əkir. Bəli, real ağac.
Bir müddət əvvəl Social Innovation Lab tərəfindən elan edilən
GrowthCoachBaku programı
hazırda Bakıda 16 startap layihəsi ilə işləyir və tezliklə onları da beynəlxalq
startap yarışlarında görə biləcəyik.
Daha ətraflı:
Website:www.bebonobo.com
Facebook:www.facebook.com/bebonobo
Twitter:www.twitter.com/bebonobo
Instagram:www.instagram.com/bebonobo
LinkedIn:www.linkedin.com/company/bebonobo
Facebook:www.facebook.com/bebonobo
Twitter:www.twitter.com/bebonobo
Instagram:www.instagram.com/bebonobo
LinkedIn:www.linkedin.com/company/bebonobo
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)