main-post-cover

    Azərbaycanlı "investorlar" startaplardan nə istəyir?!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Startap yarışlarında özlərini "Mələk" hiss edən investorların tələbləri və yerli bazara yanaşmaları yəqin ki, bir çoxunuza maraqlıdır.

    2014-cü ildən bu yana Azərbaycanın startap bazarında sözsüz ki, canlanma müşahidə olunmaqdadır. İstər yerli şirkətlərin bu sahəyə marağı, istər təşkil olunan startap tədbirləri, istərsədə yeni-yeni yaranan startaplar buna əyani nümunədir. Təbii ki, startap ekosistemindən söhbət açan zaman bu sistemin ən əsas fiqurlarından biri olan və hələ də hamı tərəfindən Azərbaycanda axtarılan və tapılmayan investorlardan danışmamaq haqsızlıq olardı. Startap tədbirlərində ön tərəfdə əyləşən və təqdimatları dəyərləndirən adamlar tədbirlərdən asılı olaraq bizlərə "Juri", "Münsiflər heyyəti", "Ekspert", "investor" kimi təqdim olunur.

    Belə bir vəziyyətdə ön sırada əyləşmək və layihələri dəyərləndirmək mövqeyinə sahib olan bu insanlar həqiqətən investorlardırmı?

    Adəti üzrə məqaləni 2 hissəyə ayıraraq qlobal və lokal bazar üçün dəyərləndirmə aparacam. Əvvəla qlobal bazarda investorun kim olduğuna baxaq. Dünya təcrübəsində investor milyonlarla pulu olan və bu pulu passivdə saxlamamaq üçün aktiv şəkildə müxtəlif layihə və startaplara eləcə də səhm və qiymətli kağızlara yatıran adamlara deyilir. Bu tip şəxslərin əsas açar üstünlükləri aşağıdakılardır:

    - Bazardan xəbərdar olmaq
    - Riskləri analiz etmək
    - İnsan psixologiyasını bilmək
    - İnnovasiyadan agah olmaq

    Bəs Azərbaycan investor kimlərə deyilir və açar üstünlükləri nələrdir?

    2 və daha artıq şadlıq sarayına sahib olan, banklarda 20.000+ AZN pulu olub illik 200 manat divident qazanan, öz şirkəti olmayan və yaxud hansısa bankda departament vəzifəsində işləyən ən pis halda isə banka borcu olan şəxslərə deyilir. Bu tipli investorların açar üstünlükləri aşağıdakılardır:
    - Kalxoz, Sovxoz və kollektiv kənd təəssərüfatı qaydalarının ön plana çəkilməsi
    - Öz bizneslərinin olmaması yaxud ənənəvi biznes sahələrində çalışmaları
    - Riskə gedəcək pullarının olmaması
    - İnvestordan çox "Münsif" təsiri bağışlamaları

    Azərbaycanlı investorlar yerli startaplardan nə istəyir?

    Azərbaycanda keçirilən bir çox startap yarışmaları zamanı da qarşılaşdığımız ən böyük problemlərdən biri investorların yaxud münsiflər heyyətinin bildirdikləri yersiz iradlardır. Əgər Azərbaycanda bir lokal layihəyə sahibsinizsə böyük ehtimallar 5 münsifin 4-dən alacağınız cavab budur: " Sizin layihə qlobal deyil və ya dünya bazarında belə bir layihə mövcuddur"

    Qayda 1: Qlobal layihələrin lokallaşdırılması dünyanın hər bir ölkəsində praktikada mövcuddur və dünya bazarında elə layihələr var ki, həmin layihələr yalnız lokal səviyyədə təqdim oluna bilir. Bu kimi bəhanələrə ən yaxşı cavab kimi Türkiyə modelini göstərmək olar.
    Qayda 2: Azərbaycanda lokal bazar formalaşdırılmadan qlobal layihələrin istənilməsi absurd və yanlış addımdır. Bu çayı keçməmiş hoppan deməkdən betər bir şeydir.
    "Sizin layihə qlobaldır lakin sizin bazarda rəqibləriniz çoxdur. Bu nöqteyi nəzərdən sizin layihəni uğursuz saymaq olar." - ən çox istifadə olunan 2-ci bəhanə.
    Ümumiyyətlə yadda saxlamaq lazımdır ki, əgər siz investor önünə çıxan zaman lokal layihə ilə çıxırsınızsa bu zaman sizdən layihənin qlobal tərəfi tələb olunacaq. Yox əgər layihəniz qlobaldırsa, bu layihənin icrasının dünya bazarında mümkün olmayacağını yaxud rəqiblərin çox olduğu ön plana çəkiləcək. Ən yaxşı halda sizin ideya fantastik bir ideyadırsa və bazarda rəqibiniz yoxdursa, bu zaman sizə veriləcək ən yaxşı cavab hədəf kütlənin olmamasıdır.

    Azərbaycanlı investorların fantastik tələbləri

    Layihəniz investorlar tərəfindən bəyənildiyi halda aşağıdakı təkliflərdən birini ala bilərsiniz:
    Qayda 3: Əgər layihəniz investora maraqlıdırsa, belə olan halda investor sizə seed yatırım adı altında 8000-10000 manat arası bir təklif edəcək və ilkin tələb şirkətinizin 20%-ni almaqla yanaşı həmin məbləğ qarşılığında layihəni qlobal bazara çıxarmaqdır.
    Bu tələb sırf investorların pulsuzluğu və savadsızlığından irəli gəlir. Büdcəsi kifayət qədər olmayan investorun riskə gedəcəyi maxsimum məbləğ 20.000 manatdır. Azərbaycanlı investorların əksəriyyəri bootstrap, seed yatırım, seriya a, seriya b kimi yatırım növlərindən xəbərləri belə yoxdur.
    Qayda 4: Azərbaycanlı investorların startap bazarından xəbərləri yoxdur. Dünyada baş verən son dəyişiklikər və yatırım bazarında olan yeniliklərdən daha çox yerli investorları maraqlandıran əsas kritikalar dolların kursu, bank faiz dərəcələri, arenda qiymətləri, kafe və restoranlardır.
    Qayda 4: Müstəqillik dövründə bazar boşluğundan istifadə edib, pis-yaxşı ənənəvi biznes sahibləri heç vaxt startaplara investisiya edə bilməzlər.
    Qayda 5: Startap bazarında heç bir təcrübəsi olmayan, qlobal bazarda baş verən dəyişikliklərdən, startap trendlərdən, bazarın vəziyyətindən xəbərsiz olan investorlar sizin çılğın ideyalarınızı dəyərləndirməyə laiq deyillər.

    Münsiflər heyyəti

    İnvestisiyanın nə olduğunu və ən əsası50.000 dolları bir yerdə görməyən lakin qlobal bazardan xəbardar olan müstəqil expertlər. Yatırım etməyəcəyi bilərəkdən, layihəyə necə gəldi yanaşan və açar dəyərləndirmə meyyarlarını bilməyən, hansısa şirkətdə vəzifə sahibi olan şəxslər münsif qismində yarışmalara dəvət olunur.

    Problem

    Qarşıya qoyulan və bazarda hal hazırda mövcud problemlərin ən böyüklərindən biri yerli startapları seçə biləcək, dəyərləndirəcək münsiflər heyyətinin və ən əsası startap bazarını anlayan bu bazara maraq göstərən investorun olmamasıdır. Yarışmalar çox süni şəkildə və gözdən pərdə asmaq üçün təşkil olunur. Layihələrin dəyərləndirilməsi əsassız, savadsız və meyyarsız şəkildə aparılır. Yerli bazarı görmədən, formalaşdırmadan ancaq qlobal bazara can atan və verəcəyi kiçik məbləğlər qarşılığında startapların kosmosa səyahət etmələrini tələb edən investor cildinə girmiş şəxslər olacağı təqdirdə bu bazarda inkişaf heç vaxt olmayacaq. Bazarda görülməyən bir nömrəli problem lokal bazarı formalaşdırmadan hamının qlobal bazara qaçması və buna can atmasıdır. Digər bir problem olaraq yerli innovasiya və akselerasiya mərkəzlərinin adətən eyni simaları expert və investor kimi dəyərləndirmə mərhələsinə cəlb etmələridir.

    Problemin Həlli

    Startap ekosistemindən birbaşa xəbərdar olan və real praktiki təcrübədə investisiya etmiş şəxslərin münsif qismində dəvət olunması.

    Lokal və qlobal bazarı dəyərləndirə bilən, komandanı və insan psixologiyasından xəbərdar şəxslərin yarışlara dəvət olunması.

    Risk etməyi bacaran və real biznesə malik olan şəxslərin expert yox birbaşa investor simasında yarışlara qoşulması.

    İnestorlar haqqında daha çox bu yazımızdan məlumat əldə edə bilərsiniz. 

    Fərid Pərdəşünas
    Technote Ekspert
     




    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər