Azercell ilə Dövlət Neft və Sənaye Universiteti arasında memorandum imzalanıb.

Azercell ilə Dövlət Neft və Sənaye Universiteti arasında memorandum imzalanıb.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Şirkət bu dəfə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb.


Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisində baş tutan imzalanma mərasimində Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları Departamentinin rəhbəri İmran Bağırov çıxış ediblər.

Azercell-in prezidenti Vahid Mürsəliyev bildirib ki, bu yeni əməkdaşlıq Universitet tələbələrinin texnoloji innovasiyalara yaxın olmasına və gələcəkdə uğurlu biznes qurmasına dəstək olaraq, Barama mərkəzində yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.Fəaliyyət göstərdiyi 19 il ərzində Azercell Telekom MMC-nin Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verdiyini söyləyən şirkət prezidenti Azercell-in bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirdiyini vurğulayıb.



 

Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı Universitet haqqında, son zamanlar universitetdə baş verən köklü dəyişikliklər, tətbiq olunan tədris metodları və tələbələr üçün yaradılan yeni imkanlar barəsində geniş informasiya verib. Rektor, Azercell ilə əməkdaşlığın bu sahənin inkişafı üçün xüsusilə önəmli olduğunu vurğulayıb. 


 

Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları Departamentinin rəhbəri İmran Bağırov, dünyada baş verən innovasiya və yeniliklərin Azərbaycana tətbiq olunması və ölkəmizində bu sahənin inkişafı, yerli startapların qlobal bazarlara çıxarılması məqsədilə 2009-cu ildən bu yana Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Əlavə olaraq bu layihədə Azercell-in heç bir maddi marağının olmadığını və sərf olunan vəsaitlərin Azərbaycan gənclərinin və ölkənin gələcəyinə investisiya edildiyini bildirib.


Yeni əməkdaşlıq memorandumu əsasında Azercell şirkəti ilə Universitet arasında əsasən elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə kursların təşkili, təşkilatlarda keçirilən elmi-texniki tədbirlərdə birgə iştirakın təmin olunması nəzərdə tutulub. Eyni zamanda əməkdaşlıq şəraitində Universitetin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsi, Azercell tərəfindən həyata keçirilən Tələbə Təcrübə Proqramı çərçivəsində proqrama müraciət etmiş və müvafiq tələblərə cavab verən, Azercell tərəfindən seçilmiş tələbələr üçün təcrübələrin təşkili planlaşdırılır. Bundan başqa, proqram təminatı sahələrində elmi-tədqiqat işləri aparmaq üçün sifarişlərin verilməsi və bu işlərin aparılması məqsədilə şəraitin yaradılması, müəyyən mövzular üzrə birgə elmi-texniki seminarların təşkili, layihələrin işlənilməsi və istehsalatda tətbiqi kimi məsələlər də əməkdaşlıq memorandumunun bir hissəsidir.

 



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×