“Azerfon” müasir texnologiya həvəskarlarını “Nar” BakuTel stendinə dəvət edir
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Nar” BakuTel-2016 22-ci
beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində
iştirak edir. Mobil operator hər il olduğu kimi bu il də özünün ən son yeniliklərini
geniş ictimaiyyətin diqqətinə çatdırır.
Sərgi günlərində "Nar” stendinin ziyarətçiləri Azərbaycanda
ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və
virtual reallıq texnologiyasına əsaslanan "Augmented Reality” interaktiv
turunun birbaşa iştirakçısı olmaq fürsəti qazanırlar. Virtual reallıq
texnologiyası əsasında hazırlanmış proqram təminatı bölgələrdə yaşayan Azərbaycan
vətəndaşları üçün mobil operator tərəfindən xüsusi olaraq təqdim edilmiş yeni
"Yerlim” tarifinin tanıdılması çərçivəsində hazırlanmışdır.
Qeyd
edək ki, "Nar” operatoru BakuTel-2016 sərgisi çərçivəsində ilk yerli məzmuna əsaslanan
və yerli şirkət tərəfindən ərsəyə gətirilən virtual reallıq texnologiyasını təqdim
edib. İstifadəçilər xüsusi avadanlıq vasitəsilə Azərbaycanın bölgələrinə virtual
səyahət edə bilirlər. Görüntü üçölçülü olmaqla yanaşı, həm də 360 dərəcəlik
baxış imkanı yaradır. Üstəlik, istifadəçilər sadəcə şəkil deyil, həm də interaktiv
səyahətin iştirakçısına çevrilirlər. Bölgələrə virtual səyahət edən qonaqlara "Nar” tərəfindən xüsusi olaraq Azərbaycanın müxtəlif
bölgələri üçün yaradılan və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1
qəpiyə danışmaq imkanı verən "Yerlim” tariflər toplusu barədə məlumat verilir.
Bundan əlavə, "Nar” stendinin ziyarətçiləri müxtəlif
interaktiv əyləncəli oyun və yarışların iştirakçısı olurlar. Bu müsabiqələrin
qalibləri müxtəlif dəyərli hədiyyələrləmükafatlandırılırlar.
Xatırladaq
ki, Bakı Ekspo Mərkəzində keçirilən BakuTel-2016 sərgisində iştirak edən "Nar”
sərgi müddətində müasir rabitə tələblərinin vahid ödəniş üzərindən təqdim edilməsini
nəzərdə tutan tamamilə yeni "Qutu” məhsulunu,
yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini,"Augmented Reality” virtual reallıq
texnologiyasını və digər
yeniliklərini təqdim edir. "Nar” müasir texnologiyalara biganə olmayan hər bir
kəsi özünün BakuTel stendinə dəvət edir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!