“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir

“Azerfon” müasir texnologiya həvəskarlarını “Nar” BakuTel stendinə dəvət edir

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Nar” BakuTel-2016 22-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edir. Mobil operator hər il olduğu kimi bu il də özünün ən son yeniliklərini geniş ictimaiyyətin diqqətinə çatdırır.


Sərgi günlərində "Nar” stendinin ziyarətçiləri Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan "Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı olmaq fürsəti qazanırlar. Virtual reallıq texnologiyası əsasında hazırlanmış proqram təminatı bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün mobil operator tərəfindən xüsusi olaraq təqdim edilmiş yeni "Yerlim” tarifinin tanıdılması çərçivəsində hazırlanmışdır.

 

Qeyd edək ki, "Nar” operatoru BakuTel-2016 sərgisi çərçivəsində ilk yerli məzmuna əsaslanan və yerli şirkət tərəfindən ərsəyə gətirilən virtual reallıq texnologiyasını təqdim edib. İstifadəçilər xüsusi avadanlıq vasitəsilə Azərbaycanın bölgələrinə virtual səyahət edə bilirlər. Görüntü üçölçülü olmaqla yanaşı, həm də 360 dərəcəlik baxış imkanı yaradır. Üstəlik, istifadəçilər sadəcə şəkil deyil, həm də interaktiv səyahətin iştirakçısına çevrilirlər. Bölgələrə virtual səyahət edən qonaqlara "Nar” tərəfindən xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılan və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən "Yerlim” tariflər toplusu barədə məlumat verilir.




Bundan əlavə, "Nar” stendinin ziyarətçiləri müxtəlif interaktiv əyləncəli oyun və yarışların iştirakçısı olurlar. Bu müsabiqələrin qalibləri müxtəlif dəyərli hədiyyələrləmükafatlandırılırlar.

Xatırladaq ki, Bakı Ekspo Mərkəzində keçirilən BakuTel-2016 sərgisində iştirak edən "Nar” sərgi müddətində müasir rabitə tələblərinin vahid ödəniş üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni "Qutu” məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini,"Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini təqdim edir. "Nar” müasir texnologiyalara biganə olmayan hər bir kəsi özünün BakuTel stendinə dəvət edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×