main-post-cover

    "Back to Future" filmindən ilham alınaraq hazırlanan özü bağlanan idman ayaqqabısı hərracda satıldı

    Elm & Texnologiya
    07.05.2017
    Orkhan Karimov
    Honkonqda təşkil olunmuş hərracda özü bağlanan idman ayaqqabısı 104.000$-a satılıb. Bu haqda bu gün The Mashable agentliyi məlumat verib. Alıcının adı açıqlanmayıb. Verilən məlumata görə əldə olunmuş məbləğin bir qismi Parkinsondan əziyyət çəkən xəstələrə yardım edən J.Fox Foundation (MJFF) fonduna bağışlanacaq.
    Nike Mag-ın bu modeli "Back to the Future” filmindən yola çıxaraq hazırlanmış və 2016-cı ilin sentyabr ayında təqdim olunmuşdu. Xüsusi texnologiya ilə hazırlanmış bu ayaqqabılar hərəkət edən adamın ayağının rahatlığını təmin etmək üçün nəzərdə tutulub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər