main-post-cover

    Bakıda necə 5 manatla 100 manatlıq endirim əldə etmək olar? (5 AZN=100 AZN)

    07.05.2017
    Farid Pardashunas
     
    Yəqin ki, hər birimiz qiymətlərin baha olması səbəbindən gündəlik xərclərimizdə qənaət etmək məcburiyyətində qalmışıq. Lakin bu qənaət bəzi vaxtlarda ətrafdakı insanlardan ayrı düşməyimizə, pulumuzun az olması səbəbindən bəzi əyləncələrdən geri qalmağımıza səbəb olur. Bu məqamda hər kəs kimi bizdə necə endirim əldə etmək olar sualına cavab axtarmalı olduq. Ən çox istifadə edilən endirimlərin içərisindən Gənc Ol tarifinin endirimini analiz etməyə qərar verdik və bu tarifin effektivliyini yoxlamağa qərar verdik. Aylıq 5 azn ödəməklə Gənc Ol tarifinə keçid edərək endirimlərdən yararlanmaq olur və gencol.az saytında endirim almağın mümkün olduğu məkanların siyahısı da mövcuddur. Sadə bir hesablama ilə bu məkanlarda nə qədər endirim ala biləcəyimizi hesabladıq. Düzdür bəzi mənfi cəhətlərin olduğunu da deyə bilərik amma ümumilikdə tarif planı analizdən müsbət dəyərlə ayrıldı.
    Əvvəlcə mənfi cəhətlərindən danışsaq deyə bilərik ki, gündəlik sadəcə 5 Gənc Ol kodu əldə edə bilən abunəçi, bunu sadəcə 5 müxtəlif məkanda xərcləyə bilər. Yəni tarif planı gündəlik sadəcə 5 endirimə icazə verir və bu endirimlərdən eyni məkanda istifadə edə bilmərik. Düzdür adətən bəzi məkanlarda hesabı sonda ödəyirik və bu elə böyük bir mənfi cəhət sayılmaz amma bovlinq oynamaq istədikdə ikinci oyun üçün endirim əldə edə bilmirik. Belə olan təqdirdə yanımızda daha bir Gənc Ol-lu dostumuzun olması işimizə yaraya bilər. Bəs gördüyümüz müsbət cəhətlər necədir? Düzünü desəm müsbət cəhət olaraq təklif etdiyi endirimlərin miqdarı, endirim verilən yerlərin çoxluğu və şəhərin bir çox nöqtəsində belə məkanların mövcudluğunu göstərmək lazımdır. Ən çox istirahət edilən yerlərdən biri olan Fəvvarələr meydanında Gənc Ol-la endirim əldə edə biləcəyimiz onlarla yer var. Məsələn pulsuz olaraq aldığımız Gənc Ol kuponu ilə, "Papa Johns"da dostlarımızla əyləşərək ümumi hesaba 20% endirim əldə edə bilərik ki, bu endirim həm bizi həm də hesabı bölüşdüyümüz dostlarımızı maddi ziyana salmamış olar. Və ya əylənmək üçün Karaoke yoxsa Boulinq arasında seçim etmək məcburiyyətində qalsaq Gənc Ol-un 1+1 Olimpik Star endirimindən Boulinq oynayıb Karaokedən pulsuz yararlana bilərik. Ya da yeni paltar almaq üçün bahalı amma çox gözəl geyimləri əldə etmək üçün birdə Sədərək bazarına gedib alternativ, çin malı paltar axtarmaq məcburiyyətində qalmadan, LTB Jeans-ın Gənc Ol üçün 20%lik endirimindən yararlana bilərik. Saydıqlarım əslində çox cüzi bir qism oldu amma Gənc Ol-un saytında digər partnyorlar barədə daha ətraflı məlumat var. Düzdür hələki bu endirimlərdən yararlanmaq üçün uyğun vaxt tapa bilməmişik. Lakin ən qısa zamanda Technote komandası olaraq biz də bu endirimdən yararlanaraq, analizimizi praktiki olaraq sınaqdan keçirəcəyik. Bu arada qeyd etmək istəyirəm ki, Gənc Ol həmçinin, ödədiyimiz aylıq 5 azn qarşılığında 2 GB internet, tarifdaxili 200 dəq və 200 sms-i istifadəmizə verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər