Bakıda növbəti eTicarət tədbiri keçirildi.

Bakıda növbəti eTicarət tədbiri keçirildi.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon



Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. 
Teknosa.com və Kliksa.com qurucusu Hakan Orhun, "ePttAVM” şirkətinin Satış direktoru Can Arıca, "Lezzetlihediyyeler.com” CEO-su Ömer Gürkan, "iyzico” şirkətinin Marketing Direktoru Cağdaş Önen, "Garanti Bankası” eTicarət,onlayn və mobil ödənişlər üzrə Baş direktoru Arda Çağaptay , ETİ rəhbəri Rəşad Camal, Axundov Group –un təsisçisi və CEO-su Telman Axundov Lalafo.az şirkətinin CEO-su  Kostiantyn Miska kimi mütəxəssislər təcrübə və biliklərini bölüşüblər.

Tədbirdə "ETİ ”rəhbəri Rəşad Camal "Köhnə Biznes Modellərindən Yenisinə keçid” mövzusunda çıxış edib. O, elektron ticarətin gələcəkdə daha da genişlənəcəyini vurğulayıb: "Hazırda dünyanın bir çox pərakəndə mağazalarının bağlandığını görürük. Çünki onlar öz ticarətlərini daha geniş formada internet üzərindən qururlar.” Rəşad Camal  tədbirdə ETİ və ETİD arasında  əməkdaşlıq və partnyorluq sazişi imzalandığını və bundan sonra bu tip tədbirlərin daha tez-tez təşkil ediləcəyini elan etdi.  

Teknosa.com və Kliksa.com qurucusu Hakan Orhun  eTicarətdə iş planının qurulmasından danışıb. O, ticarətdə keyfiyyətin xüsusi önəmini vurğulayaraq, keyfiyyətin düzgün təbliğinin sağlam rəqabət baxımından vacib olduğunu deyib. Həmçinin eTicarətə başlayarkən qarşıya çıxan problemlər və onlların həlli yolları barədə danışıb.

"Garanti Bankası” eTicarət,onlayn və mobil ödənişlər üzrə Baş direktoru Arda Çağaptay  çıxışında bankların eTicarətin inkişafında bilavasitə rolu olduğunu bildirib. Həmçinin təmsil etdiyi bankın eTicarət-ə verdiyi dəstək, ortaya çıxan problemlər və həlli yolları barədə maraqlı  informasiya paylaşıb. 

Qeyd edək ki, tədbirin sponsorları "Azal”, "Portmanat.az” və "e-pul.az”dır. Tədbirin təşkilati dəstəyi www.shopera.az , media dəstəyi isə www.etimag.az –a  məxsusdur.






 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×