Bank BTB yerli startup olan "Sumaks"a dəstək oldu.

Bank BTB yerli startup olan "Sumaks"a dəstək oldu.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət göstərən Bank BTB yerli mühəndislər tərəfindən yaradılan "Sumaks" layihəsinə güzəştli kredit ayırıb.

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə menecerindən aldığımız məlumata görə bu il Sumaks yeni layihəsi olan Avtomaksı təqdim edib. Təmamilə yerli mütəxəssislər və proqramçılar tərəfindən hazırlanan Avtomaks cihazı Azərbaycan bazarında tam yerli məhsuldur. Ləman Səfərli verdiyi açıqlamada məhsulun realizasiyası üçün müəyyən vəsaitə ehtiyacı olduqlarını bildirib. Bir neçə banklara müraciət edilməsinə baxmayaraq sırf startup olduqları nöqteyi nəzərindən və hələ satışa başlamadıqları üçün bankların əksəriyyəti kredit verməkdə maraqlı olmadıqlarını qeyd ediblər. Yalnız Bank BTB tərəfindən Sumaks mütəxəssislərinin müraciətinə müsbət cavab verilmişdir. Bütün riskləri nəzərə alan Bank BTB layihənin sırf yerli istehsal olduğu və gələcəkdə böyük uğur qazana biləcəyini nəzərə alaraq eyni zamanda ölkə iqtisadiyyatın şaxələndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə bu layihəyə dəstəyi öz üzərinə götürmüşdür. Əlavə olaraq qeyd edək ki, məhz Bank BTB İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq çərçivəsində Sumaks layihəsinə dəstək olmuşdur.


Bəs Avtomaks nədir? Bu cihazın üstünlükləri nədən ibarətdir?



Ölkədə istər yük və sərnişin daşımasının, istərsə də minik avtomobillərinin artımı bazara öz təsirini aşkar şəkildə göstərir. Bir daha vurğulamaq yerinə düşər ki, təhlükəsizlik bütün dövrlərdə olduğu kimi indi də ön plandadır. Elm və texnologiyanın bu şəkildə inkişaf etdiyi bir zamanda təhlükəsizliyi təmin etmək daha da asanlaşıb. Bu texnologiya həmçinin insanların rahatlığını da təmin edir. Beləliklə, az enerji və vaxt sərf etməklə avtomobiliniz barəsində hər an məlumatlı ola biləcəksiniz. Əlavə olaraq, korporativlər hər zaman avtomobillərinin izlənməsini və onlar haqqında hər zaman məlumatlı olmağı ön planda tutmuşlar. Bütün bunlar Avtomaks cihazı vasitəsilə reallaşır.



Avtomaks cihazının əsas üstünlüyü məhz avtomobilin təhlükəsizliyinin təmin olunmasıdır. Avtomobilinizi evakuator apararsa dərhal sizin mobil telefona bildiriş gələcək və siz əgər yaxınlıqdasınızsa dərhal cərimənizi ödəyib maşınınızın aparılmasının qarşısın ala bilərsiniz. Bundan əlavə maşınınıza kənar şəxslər tərəfindən müdaxilə olub, oğurlandığı halda bu haqda mobil telefonunuza mesaj gəlir və siz dərhal bundan xəbər tutmuş olursunuz. Bu cihazın korperativ səviyyədə üstünlüklərin sadalamaqla bitmir. Şirkətinizə məxsus olan avtomobilləri Avtomaks vasitəsilə nəzarətdə saxlamaq və mütamadi olaraq maşınların vəziyyəti barədə məlumat əldə etmək mümkündür. Layihənin rəhbəri Cavid Məmmədov verdiyi açıqlamada bu cihazların tezliklə fərdi istifadə üçün də satışa çıxarılacağın qeyd edib. Bir daha qeyd edək ki, sözü gedən cihaz təmamilə azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanan yerli məhsuldur.

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×