main-post-cover

    Barama Hackathon 2017 başladı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir müddət əvvəl sizlərə elan etdiyimiz Azercell və Paşa Bank-ın baş sponsoru olduğu Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin təşkilatçılığı ilə keçirilən Barama Hackathon 2017-yə bugün saat 09:00 etibarilə start verildi.

    10 komandanın iştirakı ilə başlayan Hackathon, 36 saat davam edəcək və iştirakçı olan mobil developerlər bu vaxt ərzində yatmadan mobil tətbiqlərini kodlaşdıracaqlar. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 25 aprel tarixində münsiflər heyətinə təqdim olunacaq və ilk üç yerin qalibləri Music Gallery, Azercell və PAŞA Bank tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. "Barama Hackathon 2017”layihəsinin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşıkeçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir.
    Məlumat üçün bildirək ki, layihə çərçivəsində komandaları qida ilə"Özsut”restoranlar şəbəkəsi təmin edəcək. Tədbirin Media dəstəyi isə "Technote.az" portalına məxsusdur.
    Bütün iştirakçılara uğurlar arzu edirik.





    Linki kopyala