main-post-cover

    Barama HackDay 2016-da iştirak edəcək komandaların adları məlum oldu.

    Elm & Texnologiya
    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
     
    Barama HackDay 2016-da iştirak edən komandaların adları məlum olub. 43 komandanın müraciət etdiyi yarışmada 13 komandanın iştirakı münsiflər heyyəti tərəfindən təsdiqlənib. Seçilmiş komandalar aşağıdakılardır:
    • CheckMate
    • chunkz
    • Codezilla
    • GroovyOnGrails
    • Kernel Panic
    • Halalgorithm
    • stress_log
    • Bet365
    • TITAN
    • LyaFaMi
    • WorksOnMyMachine
    • YUSOFT
    • nightcoders

     
    Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən bu yarışda developerləri 36 saat yuxusuz, bol yeyib-içməkli və ən əsası kodlu saatlar gözləyir. Sonda 1 qalib komandanın seçiləcəyi yarışda iştirakçıların məqsədi 36 saat ərzində 0-dan resurs hazırlamaqdır.

    10-11 Mart tarixlərində "Pyhton və web proqramlaşdırmanın əsasları” adlı təlimlə elan olunacaq yarışa, 12 Mart 09:00-da start veriləcək. 36 saat davam edən yarışma 13 mart 21:00-da yekunlaşacaq.
    Azercell’in baş sponsorluğu, PaşaBank və Huawei Mobile Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarışda 1-ci yerə laiq görülmüş komanda üzvləri Huawei şirkəti tərəfindən 3 ədəd Mate S ağıllı telefonu ilə mükafatlandırılacaq.
    Yarış zamanı iştirakçıların qidaya olan təlabatı Pizza-Mizza restoranı tərəfindən ödənilir.
    Tədbirin rəsmi informasiya dəstəyi http://technote.az informasiya portalıdır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər