

- CheckMate
- chunkz
- Codezilla
- GroovyOnGrails
- Kernel Panic
- Halalgorithm
- stress_log
- Bet365
- TITAN
- LyaFaMi
- WorksOnMyMachine
- YUSOFT
- nightcoders
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən bu yarışda developerləri 36 saat yuxusuz, bol yeyib-içməkli və ən əsası kodlu saatlar gözləyir. Sonda 1 qalib komandanın seçiləcəyi yarışda iştirakçıların məqsədi 36 saat ərzində 0-dan resurs hazırlamaqdır.
10-11 Mart tarixlərində "Pyhton və web proqramlaşdırmanın əsasları” adlı təlimlə elan olunacaq yarışa, 12 Mart 09:00-da start veriləcək. 36 saat davam edən yarışma 13 mart 21:00-da yekunlaşacaq.
Azercell’in baş sponsorluğu, PaşaBank və Huawei Mobile Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarışda 1-ci yerə laiq görülmüş komanda üzvləri Huawei şirkəti tərəfindən 3 ədəd Mate S ağıllı telefonu ilə mükafatlandırılacaq.
Yarış zamanı iştirakçıların qidaya olan təlabatı Pizza-Mizza restoranı tərəfindən ödənilir.
Tədbirin rəsmi informasiya dəstəyi https://technote.az informasiya portalıdır.
Şərh yoxdur