

Azercell şirkətinin korperativ sosial məsuliyyət
çərçivəsində həyata keçirdiyi Barama innovasiya və sahibkarlıq mərkəzi 2009-cu
ildə yerli sahibkarlara və yaranmaqda olan şirkətlərə dəstək məqsədilə
yaradıldı. Fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğurlara imza atan Barama
inkubasiya mərkəzi əsasən startup ekosisteminin üzvlərinin sevimli məkanına
çevrilməyi bacarıb. Hal hazırda fəaliyyətini uğurla davam etdirən bu mərkəz
yerli startupçılara dəstək məqsədilə yeni addımlar atmaqdadır. Bakı Dövlət
Universitetində tələbələr üçün Barama studiasının yaradılması mərkəzin yaxın
zamanda həyata keçirəcəyi tədbirlər planına daxildir. Əsasən texnologiya və
innovasiya yönümlü layihələrə dəstək verən bu mərkəz üzvlərinin bütün təlabatını
nəzərə alaraq onlar üçün əlverişli biznes mühiti yaradır.
Aydındır ki, bir biznesi formalaşdırmaq üçün
uzun zaman, xüsusi imkanlar və ən əsası əlverişli şərait tələb olunur. Təbii
ki, bir biznesin əsasında uğurlu ideya, bacarıqlı kollektiv və icraat ən vacib
amillərdir. Bəzən elə situasiyalar yaşanır ki, çox gözəl ideya və bacarığı olan
gənclər öz fəaliyyətlərini həyata keçirmək və əməklərini bir araya gətirmək
üçün bəzi imkanlardan istifadə edə bilmirlər. Bu imkanlara ofis, avadanlıq,
investor, korperativ əlaqələr, strategiya və məsləhətlər, biznes inkişaf
proqramları daxildir. Barama innovasiya
mərkəzi məhz bu problemləri aradan qaldırmaq, gənc istedadlara dəstək vermək
onlar üçün əlverişli şərait yaratmaq və ən əsası Azərbaycanda yeni formalaşan
startup sisteminə öz töhvəsini vermək üçün mövcuddur.

Öz ideyasını formalaşdırmaq, gələcəkdə biznesə sahib olmaq, kollektivlə işləmək, xeyallarını gerçəyə çevirmək istəyən şəxslər rahatlıqla Baramın təqdim etdiyi imkanlardan təmənnasız faydalana bilərlər. Technote media olaraq sizi Barama ilə daha yaxından tanış etmək istəyirik.




Baramanın təklif etdiyi bu üstünlüklərdən yararlanmaq, biznesinizi formalaşdırmaq üçün ideanızı təklif edə bilərsiniz. Bunun üçün keçiddən istifadə edərək dərhal ideyanızı təklif edin: https://barama.az/ideya
Şərh yoxdur