

Sumaks şirkəti və Barama İnnovasiya və Sahibkarlıq mərkəzi "Elektronikaya giriş” təlimlərini təqdim edir.
"Elektronikaya giriş” təlimlərinin əsas məqsədi ölkəmizdə gənclər arasında bu sahəyə olan marağın artırılması və gənclərin motivasiya edilməsidir. Təlimlər dövrün texniki tələblərinə görə hazırlanmışdır və gənclərin gələcək işlərində faydalı olacaq praktiki təlimlər mövzulara daxil edilmişdir. Təlimlər Sumaks şirkətinin elektronika mühəndisi Elgün Həsənov tərəfindən keçiləcək. Elgün Həsənov həmçinin iki ildən çoxdur ki təlimçi kimi fəaliyyət göstərməkdədir. Müraciət üçün ad, soyad və nömrənizi [email protected] ünvanına göndərə bilərsiniz. Təlimlər tamamilə ödənişsizdir və yerlər məhduddur.
Təlim proqramı ilə bu keçiddən tanış ola bilərsiniz.
Şərh yoxdur