main-post-cover

    "Barama" innovasiya və sahibkarlıq mərkəzində "Marketing Strategy and Business Development" seminarı

    Digər
    07.05.2017
    Farid Pardashunas
    31 oktyabr tarixində "Barama" İnnovasiya və Sahibkarlıq mərkəzinin təşkilatçılığı əsasında "Marketing Strategy and Business Development" mövzusunda seminar baş tutub. Seminarın əsas məqsədi startup sahiblərini və bu sahəyə marağı olan şəxsləri bir araya gətirmək onlar arasında əlaqələndirmə yaratmaq eyni zamanda marketing strategiyası və biznesin inkişafı ilə bağlı məsələlərdə məsləhətlər vermək idi.
    Seminarın birinci hissəsində "Barama" İnnovasiya və Sahibkarlıq mərkəzinin koordinatoru Fidan Tofidi seminar iştirakçılarını salamladı. Barama haqqında məlumat verildikdən sonra mərkəzin qısa təqdimat videosu yayımlandı. Video çarxdan dərhal sonra seminarın startı üçün "Prosper İnformation Technology Services", "Prosper Cartoon Studio" şirkətlərinin qurucusu eyni zamanda "Baku Grand Prix"-in rəqəmsal marketing koordinatoru Vuqar Səfərov kürsüyə dəvət olundu.
    İlk öncə özünün inkişaf tarixcəsin qısa olaraq şərh etdikdən sonra Vuqar Səfərov rəqəmsal marketinq haqqında dinləyicilərə məlumat verdi. Baramada mövcud olan startuplarla maraqlanan Vuqar bəy, seminarın gedişatında hər bir startup sahibinə öz dəyərli məsləhətlərin çatdırdı. 10 dəqiqəlik kofe fasiləsindən sonra seminarın ikinci hissəsi başladı. Bu dəfə Vuqar bəy biznesin inkişafı, marketing, PR, korperativ əlaqələr və şirkətdə maliyyənin idarə olunması ilə bağlı öz təcrübəsinə əsaslanaraq dinləyicilərə geniş informasiya verdi. Sonda iştirakçılara maraqlı olan suallar cavablandırıldı.

     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər