"Barama İnnovasiya və Sahibkarlıq Mərkəzin"dən uşaqlar üçün yeni layihə - Barama Junior
Digər
07.05.2017
Farid Pardashunas
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Barama Junior" proqramı çərçivəsində uşaqlar üçün IT kurslar təşkil edir.
Texnologiyanın inkişafı artıq həyatımızın bütün mərhələrinə öz təsirini göstərir. Müasir dövrdə övladlarınızı komputerdən və smartfonlardan kənar saxlamaq çətin məsələdir və innovasiya, texnologiyanın inkişafı uşaqların da bu dünyanın bir tərkib hissəsinə çevrilməsinə şəarit yaradır. Belə bir vəziyyətdə uşaqların əsasən texnologiyadan əyləncə və oyun vasitəsi kimi istifadə etməsi, valideynləri narahat edən əsas məsələdir. Bütün bu problemləri nəzərə alan "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi" uşaqların informasiya texnologiyalarından doğru istifadə etməsi və onların bu sahədə doğru yöndə inkişafı üçün "Barama Junior" layihəsi çərçivəsində kurslara start verib. Uşaqların ilkin mərhələdə kodlaşdırma və IT biliklərinin artırılmasına yönələn bu layihədə əsas məqsəd onların gələcəyinin doğru yönləndirilməsi və IT biliklərinin artırılmasıdır. Bu kurslar sayəsində balacalar oyun oynamaq üçün deyil, oyunu yaratmaq üçün çalışacaqlar. Əgər sizin də övladınız IT dünyasından xəbərsizdirsə, məhz elə bugündən onları məlumatlandırmağın vaxtıdır. Bugünün balacaları sabahın böyük IT şirkətlərinin mütəxəssisinə çevrilə bilərlər. Elə isə, övladlarınıza bu şansı verməkdən çəkinməyin.
"Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi"nin yeni "Coding Kids – Summer Course" layihəsini sizə təqdim edirik.
Proqramın qısa təsviri
- Proqramlaşdırmanın əsasları
- Texnoloji anlayışlar
- "Web design" əsasları
- Layihə üzərində iş
Dərslər interaktiv tədris metodlar əsasənda keçiriləcək
Təlimçi:
Günay Kazımzadə
- Britaniya məktəbində İKT İnstruktor
- Xəzər Universiteti, Riyaziyyat üzrə Lektor
- Tech Tech Xanim Layihəsinin MeneceriProqramın müddəti: 7 həftə
Proqramda iştirak haqqı: ödənişsiz
Məkan: Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
Zaman: Həftədə 2 dəfə 15:00 -17:00
Start: 11 İyul
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)