“Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir
Digər
07.05.2017
Farid Pardashunas
Azercell Telekom MMC
Bakı Dövlət Universiteti ilə əməkdaşlığı
çərçivəsində Barama
Media Mərkəzini tələbələrin ixtiyarına verib. BDU -nun Jurnalistika
fakültəsində yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ
ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və
seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər fakültələrində
təhsil alan tələbələr üçün Barama Media Mərkəzində layihələrin təqdim edilməsinə
imkan yaratmaqdır.
Mərkəzin açılış
mərasimində çıxış edən Barama İnnovasiya və
Sahibkarlıq Mərkəzinin rəhbəriİmran
Bağırovyaradılan Media Mərkəzin tələbələrə
bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradacağını qeyd
edib: "Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına
yönələn layihələr həyata keçirir. Ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqları
ilə əməkdaşlıq memorandumları imzalanıb, xüsusi laboratoriyalar quraşdırılıb. Şirkətin
elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil
müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd
və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar”
Xatırladaq ki, ötən il Azercell ilə BDU arasında əməkdaşlığa
dair memorandum imzalanıb. Şirkət BDU-da 3-cü və 4-cü kursda təhsil alan və
yüksək təhsil göstəriciləri olan tələbələr üçün aylıq təqaüd layihəsinə
başlayıb. Qalib tələbələr 1 il ərzində hər təhsil ayı üzrə "Azərcell Telekom”-dan
200 manat təqaüd almaq və şirkətin müxtəlif tədbirlərində iştirak etmək şansı
əldə edirlər.
Məlumat üçün bildirək ki, Barama Media Mərkəzi Azercell
Telekom MMC və PAŞA Bankın dəstəyi ilə yaradılıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)