“Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir

“Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Azercell Telekom MMC Bakı Dövlət Universiteti ilə əməkdaşlığı çərçivəsində Barama Media Mərkəzini tələbələrin ixtiyarına verib. BDU -nun Jurnalistika fakültəsində yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələr üçün Barama Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır.

Mərkəzin açılış mərasimində çıxış edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəriİmran Bağırovyaradılan Media Mərkəzin tələbələrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradacağını qeyd edib: "Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalanıb, xüsusi laboratoriyalar quraşdırılıb. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar”


Xatırladaq ki, ötən il Azercell ilə BDU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Şirkət BDU-da 3-cü və 4-cü kursda təhsil alan və yüksək təhsil göstəriciləri olan tələbələr üçün aylıq təqaüd layihəsinə başlayıb. Qalib tələbələr 1 il ərzində hər təhsil ayı üzrə "Azərcell Telekom”-dan 200 manat təqaüd almaq və şirkətin müxtəlif tədbirlərində iştirak etmək şansı əldə edirlər.

Məlumat üçün bildirək ki, Barama Media Mərkəzi Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə yaradılıb.












Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×