main-post-cover

    Barcelonada "LG G6" rəsmi olaraq təqdim olundu. (Bütün Xüsusiyyətlər)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "LG G5" ilə bazara yenilik gətirən Koreya nəhəngi hal hazırda baş tutan təqdimatda özünün nöbvəti flaqman model smartfonu "LG G6"nı təqdim etdi. Lakin bu dəfə təqdim olunan model sələfindən böyük ölçüdə fərqlənir. "MWC"də təqdim olunan yeni "G6" dizayn, ekran ölçüsü və texniki göstəriciləri ilə diqqətləri öz üzərinə çəkir.


    Dizayn baxımından "G5"dən fərqlənən model, metal çərçivəyə sahibdir. Ağ, qara, paltiniyum olmaqla 3 rəng seçimində təqdim olunan modelinin dizaynında ən gözə batan hissə modelin "IP68" sertifikatı ilə suya və toza davamlı olmasıdır. Beləki, model 30 dəqiqə ərzində 1.5 metr dərinlikdə suya davamlıdır. Telefonun arxa hissəsində 2 kamera və kameraların arasında 2 LED flash quraşdırılmışdır.
    Aşağıda isə ənənəvi kilid düyməsi barmaq izi sensoru ilə birlikdə yerini alıb. Model eyni zamaxda "USB type C""3.5 mm" qulaqlıq girişinə sahibdir.

    5.7 düyümlük ekranda koreyalı mütəxəssislər yeni texnologiyadan da istifadə ediblər. "FullVision" ekran texnologiyasına malik ekran 18:9 görüntü formatına sahibdir. (2882x1440) Ekran təhlükəsizliyi isə həmişə olduğu kimi, "Corning Gorilla Glass 5" tərəfindən qorunur. 
     
    4 GB RAM yaddaşına sahib olan cihazda qrafik oynadıcı olaraq "Adreno 530"dan istifadə olunub. 32GB64GB daxil yaddaş seçimləri ilə satışa çıxan telefonun "microSD" dəstəyi mövcuddur. "LG G6" 4 nüvədən ibarət "Snapdragon 821" prosessorundan güc alır. 2 nüvə 2.35 GHz, digər 2 nüvə isə 1.6 Ghz sürətə malikdir.

    13 MP dəyərində iki arxa kameraya sahib olan "LG G6", 5 MP-lik 100 dərəcə şəkil çəkə bilən selfie kamerasına sahibdir. Arxa kameraların hər biri F/1.8 diafrqamaya sahibdir və 160 dərəcə şəkil çəkə bilir. Ənənəyə sadiq qalaraq LG bu modeldə də lazer avtofokus texnologiyasından istifadə edib. 3300 mAh batareya ömrü olan cihaz eyni zamanda sürətlə enerji yığma texnologiyasını da özündə birləşdirir. 
     
    "LG G6" ilə birlikdə istifadəçilərə 200 dollarlıq "Play Store" endirimi də təqdim olunacaq. "Android 7.0" əməliyyat sistemi ilə gələn "LG G6"da mütəxəssislər yeni araüzdən istifadə ediblər. Belə ki, bu dəfə "LG G6"da təkminləşdirilmiş "UX 6.0" araüzü istifadə olunub. Eyni zamanda İngilis və Alman dillərini dəstəkləyən "Google Asistan"dətəyi də mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər