main-post-cover

    Barmaq izi sensorlu ağıllı kilid.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dünyanın ilk ağıllı barmaq izi oxuya bilən kilidi olaraq təqdim olunan TappLock, təhlükəsizlik mövzusunda yüksək səviyyədə keyfiyyət təqdim edir.
     
    Açar yükü olan kilidlərdən sonra təqdim olunan kodlu kilidlər müəyyən problemlərə səbəb olurdu Şifrəni unutmaq, şifrənin sındırılması kimi halların yaşanması istifadəçilərdə müəyyən çətinliklər yaradırdı. Texnologiyanının sürətli inkişafı son zamanlar müxtəlif növ ağıllı cihazların təqdim olunmasına gətirib çıxarır. Ağıllı telefonlar, ağıllı saatlar, ağıllı üzük və ağıllı güzgü kimi texnologiyaların siyahısına bir yenisi daha əlavə olundu. Söhbət ağıllı kilidlərdən gedir. Bu kilid vasitəsilə barmaq izindən istifadə etməklə kilidi açmış olursunuz. Həm yüngül, həm dayanıqlı, həm də güvənli olan TAPP kilidləri vasitəsilə bir saniyə ərzində barmaq izinizi oxuda bilirsiniz. 0.8 saniyə ərzində açıla bilən bu kilid istəmədiyiniz adamları kilidlədiyiniz əşyalardan uzaq tutmaq üçün hazırlanmışdır. İçində mövcud olan alarm sistemi vasitəsilə başqa biriləri tərəfindən açılmağa cəhd olduğu anda sizə məlumat ötürülür. 
    FPC 1020 parmaq izi sensoru istifadə edən bu kiliddə 200 ədəd barmaq izini qeydiyyatdan keçirə bilərsiniz. Kilidin açıldığı tarix və məkan avtomatik olaraq qeyd olunur.


     
    Tapp həm güvənlidir həm uzun ömürlüdür.

    Sadə dizayna malik bu kilidlər suya davamlıdır və uzun ömürlü enerjiyə sahibdirlər. Birdəfəlik enerji ilə 3 il müddətində enerji saxlaya bilir. Bundan əlavə kilid təcili vəziyyətlərdə telefonunuz üçün enerji mənbəyi də ola bilər. TappLock TappLock Lite olmaq üzrə iki versiya ilə təqdim olunur. Lite versiyasında enerji tutumu 3 il yox 6 aydır. Android 4.3, Windows 10, iPhone 4s və üst versiyalar ilə Bluetooth 4.1 bağlantısı vasitəsilə əlaqə qurur.


     
    85 x 55 x30 mm ölçülərində olan kilid, 200 gram ağırlığındadır. İndiegogo üzərindən 40.000 dollar hədəfi olan tapplock 104.000 dollarlıq bir büdcəyə çatıb. TappLock Lite ən ucuz 29 dollar, TappLock isə 49 dollara sifariş edərək yatırım edə bilərsiniz.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər