Son zamanlar mobil cihazlar olduqca təhlükəsiz olaraq dəyərləndirilən barmaq izi oxuma sensorları ilə gəlir. Amma son araşdırmalar bunun da təhlükəsiz olmadığını göstərdi.
Mövzu haqqında araşdırma aparan Michigan State University, önəmli bir addım atdı və standart printerlərdən istifadə edərək barmaq izi sensorlarını qırmağı bacardı. Bunu sadəcə xüsusi mürəkkəblə edə bilən və insanların barmaq izini kağıza çap edərək sensorları qıra bilən araşdırmaçılar hələlik sadəcə Samsung və Huawei cihazlar üzərində işləyir. Amma Apple Touch ID sisteminin də risk altında olduğu vurğulanır.
Huawei Honor 7’ni açmaq üçün biraz əziyyət tələb olunsa da, Samsung Galaxy S6’nın həmin an açıldığını söyləyən Michigan State University araşdırmaçıları, prosesi aşağıdakı video ilə insanların diqqətinə çatdırır.
Şərh yoxdur