main-post-cover

    Barmaq izi sensorlu metal gövdəyə sahib 60$-a ağıllı telefon. (VIDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çinli istehsalçı Bluboo'nun Xfire 2 modeli, 60$ qiymətə sahib olmasına baxmayaraq çox yaxşı texniki xüsusiyyətlərə malikdir.



    Xiaomi, Elephone, Huawei kimi Çin şirkətlərinin istehsalı olan büdcəli telefonlar dünya üzərində böyük satış rəqəmlərinə çatdıqları hamımıza məlumdur. Adətən bu tip telefonlar 150-200$ qiymətə sahib olurlar. İnsanlar isə xeyli maliyyə tələb edən telefonlardan çox ucuz büdcəli və texniki cəhətdən yaxşı telefonları almağı məqsədə uyğun hesab edirlər. Ucuz işçi qüvvəsinin köməyilə dünya bazarında olduqca aşağı qiymətə məhsullar təklif edən çinli istehsalçılar hər gün artmaqda davam edir.


     
    Çinin növbəti aşağı bütcəli telefonunu isə Bluboo şirkəti təqdim edir.
    Qiyməti son olaraq 70$-dan dan 60$-a endirilən Bluboo Xfire 2 gözəl dizaynı və texniki göstəriciləri ilə yanaşı 2.5D şüşə, barmaq izi sensoru və tam metal gövdəni özündə birləşdirir.
    5 düyümlük ekran HD keyfiyyətində təqdim olunur. 4 nüvəli MediaTek MTK6580 çipsetinə, Mali 400 qrafik oynadıcı prosessora sahib olan telefonda 5 MP arxa, 2 MP ön kamera yer almaqdadır. Android 5.1 Lollipop əməliyyat sisteminə sahib olan telefonda 2150 mAh gücündə batareya yer almaqdadır.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər