Barmaq izinin köməyi ilə insan cinsini necə müəyyən etmək olar
07.05.2017
Farid Pardashunas
Bizim barmaq izlərimiz çox unikaldır. Lakin məlumat bazasında lazım olan məlumatlar olmadıqda barmaq izinin köməyi ilə hər-hansı şəxsin kimliyini müəyyən etmək qeyri-mümkündür. Bütün bunlara baxmayaraq mütəxəssislər indi barmaq izinin kimyəvi analizinin köməyi ilə həmin barmaq izini qoyan şəxsin cinsini müəyyən edə bilirlər. Sözügedən üsul insan dərisindən ifraz olunan amin turşusunun müəyyən faizi üzərində qurulub. Qadınlarda amin turşusu 2 dəfə daha çox ifraz edilir və paylanması cəhətdən kişilərdən fərqlənir. Albany universitetinin mütəxəssisləri barmaq izində qalan az miqdarda kimyəvi maddələrin köməyi ilə bu fərqliliyin hiss olunma ehtimalını gözdən keçirtmək qərarına gəliblər. İlk öncə onlar barmaq izini plastik lentə keçirdiblər. Daha sonra həmin lenti xlorid turşusu ilə emal edərək eyni anda amin turşusunun yaxşı ifrazı üçün lenti qızdırıblar. Bu, amin turşusunun detallı analizi üçün çox vacibdir. Sözügedən üsul sözün əsl mənasında işə yarayıb. Mütəxəssislər komputer ekranlarından və bir neçə qapı cəftəsindən barmaq izi götürərək müşahidə aparıblar. Nəticə etibarı ilə məlum olub ki, yeni üsul şəxsin cinsini 99% dəqiqlik ilə müəyyən edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ