

İnsan başının transplantasiya proyekti yeni mərhələyə keçib. İlk təcrübələr primatlar üzərində aparılmışdır. Nəticələr isə müsbət olmuşdur. Dünyada ilk dəfə öz başının transplantasiyasına razılıq verən şəxs Rusiyanın Vladimir şəhərindən olan 31 yaşlı mühəndis Valeriy Spiridonov-dur. O nadir genetik xəstəliyin daşıyıcısıdır. Nəticədə o əlil arabasına məhkum olunub. Bir neçə il əvvəl Valeriy transplantasiya sahəsi üzrə mütəxəssis olan italiyalı neyrocərrah Sergio Canavero ilə tanış olub. Onlayn görüş zamanı Valeriy və Canavero riskli əməliyyata razılıq veriblər. Bu işə dünyanın bir çox mütəxəssisləri cəlb olunmuşdur. İndi isə ilk nəticələr təqdim olunub. Əsas məsələ beyin sapı ilə onurğa beynin birləşməsindən sonra bədənin əvvəlki aktivliyinin qayıtmasıdır. Təcrübənin bir hissəsi labarotoriya siçanları üzərində aparılmışdır. Siçanlarda süni yolla onurğa sütunu zədələnmişdir. Daha sonra polietilen qlikol və onurğa beynin aktivləşməsinə kömək edən xüsusi üsul vatsitəsilə mütəxəssislər sinir liflərinin birləşməsinə nail olublar. Əməliyyatdan 1 ay sonra siçanların bədən aktivlikləri geri qayıdıb.
Bu cür transplantasiyanın uğurlu keçirilməsi üçün hətda meyidlər üzərindədə əməliyyatlar aparılıb. Növbəti təcrübənin iştirakçısı meymun olub. Belə təcrübələr hətda keçən əsrin 70-ci illərində aparılırdı. Onda cərrahlar belə bir qənaətə gəlmişdilər ki, başı -15 dərəcə soyutduqda beyin heç bir zərər görmür. Bu üsulu tədbiq etmiş Sergio Canavero uğurlu şəkildə meymun beyninin transplantasiyasını həyata keçirtmişdir. Təcrübənin digər məlumatları sirr olaraq qalır. Bütün bu təcrübələr Çində aparılmışdır. Belə ki, orada belə təcrübələrin reallaşdırılmasına icazə verməyən etik və qanunverici məhdudiyyətlər yoxdur. Mütəxəssislər qeyd ediblər ki, insan başının ilk transplantasiyası əməliyyatı 2017-ci ilin dekabr ayında baş tutacaq.
Şərh yoxdur