main-post-cover

    Başqa birinin başına sahib olmaq istərdiniz? Amma bu şəxs bunu edəcək!

    07.05.2017
    Farid Pardashunas
    Ispaniyalı beyin cərrahı Sergio Canavero və çinli beyin cərrahı Xiaoping Ren ilk baş nəqlini gerçəkləşdirməyə hazırlaşırlar. Bu işdə könüllü isə Valeri Sipiridonov olacaq.
     
    Atlantic jurnalında yayımlanan, olduqca maraqlı hekayəyə sahib layihə, gerçəkləşməsi halında dünyada bir ilk olacaq. Bir çox elm adamı sözügedən layihənin mümkünsüz olduğunu iddia etsə də, əməliyyatda yer alacaq ispaniyalı Canavero nəticənin 90% uğurlu olacağını bildirib.
     
    Əməliyyatın 2017-ci ildə baş tutması gözlənilir. Rus könüllü Valerinin həyatını itirməsi halında cərrahiyyə heyətində yer alan bütün həkimlər cinayətlə günahlandırılacaqlar. Baş nəqli uğurlu olsa, xəstənin yeni vəziyyətə adaptasiya olması müəyyən qədər vaxt ala bilər. The Independent-də yer alan xəbərə görə, ABŞ və Avropa ölkələri əməliyyata tamamilə qarşı çıxıblar. Ona görə də əməliyyatın Çində olması gözlənilir. 10 milyon dollara başa gələcək əməliyyatda 80 beyin cərrahının iştirakı gözlənilir. Nəticənin necə olması maraqla gözlənir.
     
    Linki kopyala