main-post-cover

    Batman haqqında çəkiləcək solo filmdə baş mənfi obraz bəlli oldu (VİDEO)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Batman obrazını canlandıran aktyor Ben Afflek (Ben Affleck) öz Twitter səhifəsində hansısa filmdə olacaq DC personajlarından birinin əks olunduğu videonu paylaşıb.

    Hal hazırda rejissor Zak Snayder (Zack Snyder) "Justice League” komandası ilə birlikdə film üzərində çalışırlar. İyul ayında keçirilmiş Comic-Con 2016 tədbirində filmin ilk traileri təqdim olunmuşdu. Dünən isə aktyor Ben Afflek belə bir video paylaşmışdı.
     
    Videodan açıq-aydın DC komiks dünyasında mənfi obraz olan Deathstroke-u görmək olar. Aktyor videoya heç bir açıqlama verməyib. Qeyd edək ki, Deathstroke Batman-ın rəqiblərindən biridir. Məlumatlara əsasən Deathstroke Batman haqqında çəkiləcək yeni solo filmdə baş mənfi obraz olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər