main-post-cover

    Batman ilə vidalaşmaq üçün hələ tezdir

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Bu ilin iyun ayında Warner Bros. şirkəti Rocksteady studiyası ilə birlikdə Batman: Arkham seriyasının son hissəsini satışa çıxartdı. Lakin buna baxmayaraq Batman haqqında oyunlar gələcəkdədə istehsal olunacaq. Bu məlumatı PlayStation-un rəsmi bloqunda Warner Bros. Interactive Entertainment-in DC Comics oyunlarının inkişafı üzrə vitse-prezidenti Ames Kirshen bildirib. 
    "Batman Warner Bros. şirkətinin əsas oyun seriyalarından biridir. Arkham seriyasının köməyi ilə biz bu personajın bütün potensialını maksimum şəkildə oyunçulara göstərdik. Biz hal-hazırda öz planlarımız haqqında məlumat verməyə hazır deyilik. Lakin əmin olun ki, bizim komandamız hamı tərəfindən sevilən bu personajın inkişafı üçün sərhədsiz imkanlara malikdir" - deyə Ames Kirshen bildirib. Hal-hazırda Warner Bros. şirkəti çox güman ki, DC Comics-ə əsaslanan yeni oyun üzərində çalışır. 
    Linki kopyala