main-post-cover

    Batman temalı Samsung Galaxy S7 Edge modeli açıqlandı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Koreyalı istehsalçının bu modeli nə zaman satışa çıxacaq?

    Samsung qısa müddət əvvəl xüsusi dizaynlı Galaxy S7 Edge modeli haqqında ilkin məlumatlar yaymlşdı. Çox keçmədən dünən Galaxy S7 Edge İnjustice Edition modelini açıqladı. Təbii ki, bu mövzu ilə bağlı DC EntertainmentWarner Bros Interactive şirkətləri ilə də müqavilə bağlanıb. Ingustice: Gods Among Us oyununu da xatırlayırsınızsa bəzi oyunçular tərəfindən bəyənilsə də bəziləri tərəfindən bəyənilməmişdi. Bu xüsusi S7 Edge modeli, oyunla bağlı olacaq.
    Injustice: Gods Among Us-da DC-dəki kimi bir çox sayda məşhur personaj yer alır. Batman, Catwoman, Superman, Wonder Woman, Harley Quinn, Raven, Joker bunlara misaldır. Lakin, S7 Edge Injustice Edition yalnız Batmana köklənib. Cihazın arxa hissəsində qızılı rəngli Batman logosu var.

    Videoda da göründüyü kimi Galaxy S7 Edge Injustice xüsusi Batman temalı paketində, qoruyucu case, yarasa simvolu, Injustice: Gods Among Us üçün kredit, Oculus VR üçün kuponlar, Gear VR eynək var. Batman temalı xüsusi Galaxy S7 Edge, Cənubi Koreya, Çin, Sinqapur, Rusiya, Latın Amerikası və digər bazarlarda İyun ayında satışa çıxacaq. Digər bölgə və bazarlarda çıxış tarixi və qiymətləri yaxın zamanda açıqlanacaq.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər