main-post-cover

    Battlefield 1-in yeni traileri və məlumatları

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Electronic Arts” şirkəti DICEstudiyası tərəfindən hazırlanan Battlefield 1 oyununun singleplayer rejiminin yeni trailerini paylaşıb və həmin rejim barədə yeni məlumatları təqdim edib. Deməli Battlefield 1-in süjet xətti bir neçə personajın gözündən təsvir olunacaq. Hər bir personajın öz bacarığı və bioqrafiyası olacaq. Seriyanın keçmiş hissələrində oyun kamerası nadir hallarda baş qəhrəmanı qıraqdan göstərirdi. Lakin Battlefield 1-də studiya yadda qalacaq və maraqlı personajları göstərmək istəyir. Oyunun daha bir üstünlüyü həmin dövrdə olmuş real insanlara da oyunda rast gəlinəcəyidir. Məsələn Birinci Dünya Müharibəsinin əfsanəsi Tomas Edvard Lurens-i misal gətirmək olar. Battlefield 1 21 Oktyabr tarixində satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər