
Bazar araşdırması üçün yaradılan yerli portal “Econaider.com”–ın layihəsindən ilkin görüntülər.
Digər
07.05.2017
Farid Pardashunas
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində fəaliyyətinə
başlayan iqtisadi və maliyyə portalı "econaider.com” ilk baxışdan təhlil və
analitika saytına bənzəsə də, bu sadəcə aysberqin görünən tərəfidir. Əsas hədəfləri
Azərbaycanda startap, orta və kiçik bizneslərə yardım etməklə, sahibkarlara
bazar araşdırması, bazarın vəziyyəti, rəqiblər, bazar qiymətləri və bu kimi məlumatları
onların fəaliyyət sahəsinə uyğun olaraq çatdırmaqdır. Hal hazırda saytın təhlil,
analizlər, iqtisadi lüğət və Econaider Finance kateqoriyaları istifadəyə
verilib. Bu sayt vasitəsilə iqtisadi ekspertlər tərəfindən aparılan analizlər,
bazarın vəziyyətinin təhlili və bazarda olan şirkətlərin maliyyə vəziyyətləri,
hesabatları ilə tanış ola bilərsiniz.
Növbəti addımda iqtisadi və maliyyə terminalını istifadəyə
verməyə hazırlaşan Econaider əsas hədəf olaraq yaradılacaq terminal vasitəsilə
bazar araşdırmasını avtomatlaşdırılmış vəziyyətə gətirməkdir. Süni zəka və
robotların tətbiqi ilə terminal vasitəsilə seçəcəyiniz fəaliyyət sahəsinə uyğun
olaraq bazar araşdırılacaq və bu haqda dəqiq data və məlumatlar veriləcək.
Xüsusilə yeni yaranan startaplar yaxud kiçik bizneslər üçün bazarın təhlilində
geniş istifadə olunacaq bu portalın əhatə dairəsi böyükdür.

Məsələn siz, fitnes
salon açmaq istəyirsiniz və bazar araşdırması etmək niyyətindəsiniz.
Yaradılacaq yeni terminal sizə imkan verəcək ki, lazımı olan "imput” məlumatları
daxil etməklə ( fitnes salonun yerləşdiyi ərazi, biznesin növü, biznesin ölçüsü
yəni dövriyyəsi, başlanğıc kapital) siz bazara nəzər sala biləsiniz. Beləcə
input məlumatlar daxil edildikdən sonra sistem avtomatik olaraq daxil etdiyiniz ərazidə
mövcud olan salonlar haqqında geniş informasiyanı sizə təqdim edir. Bundan əlavə
istifadə olunacaq avadanlıqlar, onların qiyməti, həmin avadanlıqları təklif edən
şirkətlər, infilyasiyanın təsiri və digər bazar rəqiblərini terminal dəqiqliyi
ilə göstərir.
Econaider finance kateqoriyası vasitəsilə qeyd etdiyimiz kimi
Azərbaycan bazarında olan şirkətlər haqqında məlumat, onların statistikaları,
hesabatları və həmin şirkətlər üçün olan proqnozlarla tanış ola bilərsiniz.

Şirkət rəhbərinin verdiyi açıqlamaya görə Econaiderterminalı qısa zaman ərzində demo versiyada təqdim olunacaq. Bundan əlavə
Econaider MMC aşağıdakı xidmətləri də müştərilərinə təklif edir.
1.Kiçik və orta sahibkarlara konsultasiya dəstəyi –
Bazarda yeni yaranan və artıq formalaşmış şirkətlər üçün düzgün bazar
araşdırmasının aparılması, rəqiblərin analizi və bazar qiymətləri olduqca vacib
nüanslardır. Bu baxımdan konsaltinq xidməti olaraq Econaider əməkdaşlarına bu
mövzuda sərfəli xidmət təklif edir.
2.Maliyyə hesabatları və mühasibat uçotu– Kiçik
və orta şirkətlərin əsas xərclərindən biri də rüblük və illik maliyyə
hesabatlarının hazırlanması və mühasibat uçotu işləri üçün sərf olunan vəsaitlərdir.
Outsource olaraq bu işi peşəkarcasına yerinə yetirən Econaiderin xidmətindən
istifadə etməklə, siz xərclərinizi minimallaşdıra və ən əsası bu işi korporativ
əməkdaşa həvalə edə bilərsiniz.
3.Hüquqi məsləhətlər – Kiçik və orta sahibkarlar
üçün əsas problemlərdən biri də yaranan hüquqi münasibətlərin tənzimlənməsi
olur. Hüqüq departamenti və hüquqşunası olmayan şirkətlər rahatlıqla bu hüquqi
problemlərin həll yollarını Econaiderdə tapa bilərlər. Peşəkar hüquqşünaslar
yaranan problemi və problemin həll üsullarını tapmaqda və sizə ən doğru yolu seçməkdə
kömək edəcəklər.
4.Biznes modellərin hazırlanması – Yeni yaranan
startap və bizneslərin əsas problemi gəlir və biznes modelinin hazırlanmasıdır.
Econaiderin peşəkar komandası sizin layihənizin yaxud biznesinizin qısa zamanda
uğur qazanması və gəlir əldə etməsi üçün ən optimal biznes modeli təqdim edəcək.
5.Startuplar üçün xüsusi xidmətlər – Yuxarıda
göstərilən 4 növ xidmətin hər biri startaplar üçün xüsusi güzəştlə həyata
keçirilir. Bir startapın formalaşdırılması və fəaliyyəti üçün lazım olan
iqtisadi və hüquqi xidmətlər işin peşəkarları tərəfindən həyata keçirilir.
Startaplar üçün təklif olunan əsas xidmətlərə, startupların şirkətləşməsi,
biznes modellərin tərtibatı, maliyyə hesabatlarının hazırlanması, rəqiblərin
analizi və bazar araşdırması daxildir.
Daha çox məlumat üçün: econaider.com
Linki kopyala
Həftənin xəbərləri

